Mərkəzi Dənizçilər Xəstəxanası xəritədə

Mərkəzi Dənizçilər Xəstəxanası

Bakı, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 19 AZ1065 *** 1 səs

Mərkəzi Dənizçilər Xəstəxanası haqqında

Mərkəzi Dənizçilər Xəstəxanası 1964-cü ildə yaradılmışdır, hazırda 211 nəfər, o cümlədən 70 həkim və 79 orta tibb işçisi çalışır. Xəstəxanada cərrahiyyə, neyrocərrahiyyə, urologiya, kardiologiya, endokrinologiya, travmotologiya, terapiya, ginekologiya, diaqnostika, reanimasiya, fizioterapiya, efferent metodlarla müalicə şöbələri, hemokorreksiya mərkəzi, barokamera müraciət edənlərə müasir tibbi xidmətlər göstərir. Fəxrlə demək olar ki, respublikamızda ilk dəfə litotripsiya (böyrək daşlarının əzilməsi) və laporoskopik (lazer) əməliyyatlar məhz Mərkəzi Dənizçilər Xəstəxanasında həyata keçirilmişdir.