Mərkəzi Seçki Komissiyasi xəritədə

Mərkəzi Seçki Komissiyasi

Bakı, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 7 AZ1115 *** 2 səs

Mərkəzi Seçki Komissiyasi haqqında

Mərkəzi Seçki Komissiyası Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli Qərarı ilə yaradılmış, Azərbaycan Respublikasının 15 may 1998-ci il Qanunu ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası adlandırılmışdır.Mərkəzi Seçki Komissiyası daimi fəaliyyət göstərən dövlət orqanıdır. MSK Prezident seçkilərinin, Milli Məclis deputatları seçkilərinin, referendumların və bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsini təmin edir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanıdır.Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının fəaliyyəti

  • seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
  • aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir;
  • aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir;
  • seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir;
  • Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir;
  • Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir;
  • seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir;
  • seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir;

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir.