Mərkəzi Klinika Ambulatoriya xəritədə

Mərkəzi Klinika Ambulatoriya

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 5 AZ1005 *** 1 səs

Mərkəzi Klinika Ambulatoriya haqqında

Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Xəstəxananın binası 1963-cü ildə layihələşdirilmiş və 01.10.1965-ci ildə tikintisi sona çatdırılaraq istifadəyə verilmişdir. Həmin dövrdə başqa ünvanda fəaliyyət göstərən Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin 1 saylı Xəstəxanası bu binaya köçürülmüş və 1999-cu ilədək fəaliyyət göstərmişdir. Mərkəzi Klinika fəaliyyət göstərdiyi on dörd ilədək bir müddət ərzində qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam edir. Xəstəxanamız tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilmişdir.

Mərkəzi Klinika Ambulatoriya

Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunmuşdur.Ambulatoriyanın yenidən qurulmuş və 2009-cu il iyun ayından etibarən fəaliyyətə başlamışdır.Ambulatoriyanın əməliyatxanasında stasionar yatış tələb etməyən müxtəlif ambulator əməliyyatların (ginekoloji, oftalmoloji, travmatoloji və s.) aparılması üçün hər bir şərait yaradılmışdır. Burada həm personal, həm də xəstələr üçün hər cür komfortlu şərait yaradılmışdır. Ümumilikdə bu səhiyyə ocağında əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Xəstələrə yüksək ixtisaslı tibbi personal xidmət göstərir. Mama-Ginekologiya şöbəsi ən son elmi texniki nəaliyyətlərə əsaslanan avadanlıqlarla təchiz edilib.

Mərkəzi Klinika Ambulatoriyanın fəaliyyəti

Avadanlıqlar müasir proqramlarla təchiz olunub. Laborator müayinələrin spektri də çok genişdir və bu təbii ki, diaqnozun daha dəqiq qoyulmasına çox ciddi dəstək verir. Buradakı avadanlıqlar da mükəməlliyi ilə seçirilir. Şüa Dioqnostika şöbəsində cihazlarımız son model olması ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik informativliyi və xəstələrə zərərsiz olması ilə fərqlənir. Şöbədə çox kəsikli (“multi slays”) kompüter tomoqrafı( 32 kəsikli), Maqnit-rezonans tomoqrafı (1,5 Tesla maqnit sahəsi gərginliyinə malik olan), Ultrasəs cihazları, Densitometriya və digər ən müasir avadanlıqlar mövcuddur.

Fəaliyyət göstərdiyimiz müddət ərzində Azərbaycanda Əsrin kontraktı üzrə çalışan bir sıra beynəlxalq və yerli şirkətlərin əməkdaşları üçün sənayə təbabəti üzrə OGUK (Oil & Gaz UK) standartlarına uyğun şəkildə chek-uplar aparılmış və Sertifikatlar verilmişdir.Mərkəzi Klinika Ambulatoriya artıq 5 ilə yaxındır ki, fəaliyyət göstəririr və ortalama olaraq müraciət sayı 75 000 nəfərə yaxın olmuşdur.Ambulatoriyada ümumi iş rejimi həftənin 5 günü, 09:00-17:00 arası olması ilə yanaşı, eyni zamanda həftənin şənbə günləri də 09:00-dan 16:00-dək vətəndaşlarımızın xidmətindədir.

Ən müasir tibbi cihazlarla təchiz edilən Ambulatoriyada Siz doğru diaqnoz və doğru müalicə xidmətinin imtiyazını yaşayacaqsınız.