Alman Dili Mərkəzi xəritədə

Alman Dili Mərkəzi

Bakı, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 180 AZ1000 *** 5 səs

Alman Dili Mərkəzi haqqında

Diggər mərkəzlərdən və kurslardan fərqlərimizin biri də odur ki, hər bir dinləyici bizim mərkəzimizdə müqavilə bağlayaraq ödəmə etməmişdən öncə 2 akademik saat pulsuz sınaq dərslərində iştirak edə bilər.Bundan əlavə olaraq bizdə ödəmələr bir neçə ay və ya il öncədən götürülmür. Sadəcə hər ayın əvvəlində növbəti 1 ay üçn ödəniş edilir. Yəni heç bir pul itkisi olmadan istədiyiniz zaman bizim kursda başlaya və ya istədiyiniz ödəmə ayının tamamında kursu dayandıra bilərsiniz. Bizimlə daha sərbəst olun!

Standart və intensiv alman dili kursları

Bu kurslarda dərslərin intensivliyi ən azı 4 və ən çoxu 20 saat arasında olur. İlkin səviyyədən başlayaraq əsasən 4-12 ay müddətinə təşkil olunur. Bu proqram xaricdə uzun təhsil almaq məqsədi ilə yaşayan tələbələr üçün məsləhət görülür. Bir dərsin davamı iki akademik saatdır. Əsas dər yükü birbaşa kursda, qismən ev tapşırıqları isə evdə yerinə yetirilir.

İxtisasa uyğun alman dili kursları „Deutsch Medizin“

Hər bir ixtisas, xüsusilə də, tibb ixtisası üzrə Almaniyada və ya almandilli ölkələrdən birində təhsil almaq istəyənlər, o cümlədən Facharztstudium, Hospitation , Gastarzt və ya Assistenzarzt proqramlarına müvafiq olaraq təhsil almaq və ya işləmək istəyənlər üçün Bakıda ən peşəkar və təcrübəli dil müəllimləri tərəfindən "Medizin Deutsch" proqramı ilə imtahanlara hazırlıq kursları artıq uzun oillərdir ki, fəaliyyət göstərir. Hər bir ixtisas sahibi olan kurs iştirakçısı elə təhsilin ilk günlərindən seçdiyi ixtisas üzrə dərslik, material və məlumatlarla təhciz edilir. Almaniyanın və almandilli digər ölkələrin eyni ixtisas üzrə mütəxəssisləri ilə əlaqələr yaradılması üçün kurs iştirakçısına peşəkar məsləhətlər verilir və praktik köməkliklər göstərilir. Yəni hər bir kurs iştirakçısının məsləhətçisi birbaşa almandilli ölkədə yaşayan və eyni ixtisaslı peşəkar bir şəxs olur. Əlavə vaxt itkisinə yol verməmək üçün bütün təhsil proqramı sonadək kurs iştirakçılarının ixtisasına uzlaşdılrılır.

Biznes alman dili kursları

Almaniyada biznesin yaradılmasının hüquqi və iqtisadi əsaları, bunun üçün lazım ounan sənədlər siyahısı, dil bilgisi və sair bu kurslarımızda Sizə anlaşıqlı və mükəmməl surətdə çatdırılır. Sizinlə məşğul olan təcrübəli müəllim özü Almaniyada BİZNES-KURS keçmiş və həmin kursda iştiraka dair seritifikat almış peşəkar dil müəllimidir. Dərslərin intensivliyi Sizin istəyiniz üzrə təyin edilir. İşgüzar yazışmalar, görüşlər, hesabatlar hazırlamaq, telefon danışığı və digər vərdişləri qazanmaq istəyirsinizsə bu kurs məhz Sizin üçündür.