Müasir Təhsil və Tədrisə Yardım Mərkəz xəritədə

Müasir Təhsil və Tədrisə Yardım Mərkəz

Bakı, Nəsimi rayonu, Vidadi küçəsi, 187 AZ1095 *** 1 səs

Müasir Təhsil və Tədrisə Yardım Mərkəz haqqında

2004-cü ildə əsası qoyulmuş Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) uşaqların keyfiyyətli təhsil və sosial dəstəyə bərabər müyəssərlik imkanlarının yaradılması üçün fəaliyyət göstərir. Bizim əsas proqram sahələrimiz təhsildə inklüziya, sosial ədalət və təhsil islahatlarında bütöv məktəb yanaşmasıdır.Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu (OSI-AF) bizim qurulmağımızda yardımçı olmuşdur. İlk təşəbbüs kimi, MTTYM "Step by Step" (Addım-addım) erkən uşaq təhsili proqramını, "Tənqidi Təfəkkür üçün Oxuma və Yazma" tədris metodologiyası və peşəkar inkişaf proqramını həyata keçirib.MTTYM inklüziv təhsil, müəllimlər üçün təlim, korrupsiya əleyhinə təhsil, icmanın səfərbərliyi, fəal icma məktəbləri, məktəb inkişafı, valideynlər tərəfindən təhsili və valideyn himayəsi üçün müxtəlif proqramların təsis olunmasında vasitəçi rol oynamışdır.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin fəaliyyəti

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzihər bir uşağın keyfiyyətli təhsil alma imkanlarının inkişaf etdirilməsi üçün innovativ pilot və xidmət layihələrini həyata keçirir, tədqiqat işləri aparır, eyni zamanda müəllimlər üçün məktəb kurikulumu, təlim kursları və vəsaitlərin hazırlanmasında iştirak edir.Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin hazırki layihələri Şəmkir, Lənkəran, Biləsuvar, Siyəzən və Sumqayıt rayonlarında iki icma-əsaslı məktəbəqədər təhsil təşəbbüsünü, gələcək müəllimlər üçün inklüziv təhsil üzrə tədris proqramının hazırlanması, təhsil və sosial siyasət üzrə beyin mərkəzlərinin yaradılması, Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsi ilə müxtəlif tenderlərin həyata keçirilməsini əhatə edir. Bizim missiyamız ictimai həyatda sosial inklüziya, yüksək tədris keyfiyyəti və valideynlərin fəal iştirakı ilə hər bir uşağın keyfiyyətli təhsil almaq hüququnun dəstəklənməsidir.