Cənnət Bağı Istirahət Mərkəzi Quba xəritədə

Cənnət Bağı Istirahət Mərkəzi Quba

Amsar, Quba AZ4013 *** 1 səs

Cənnət Bağı Istirahət Mərkəzi Quba haqqında

«Cənnət Bağı» şirkətlər qrupunun istirahət mərkəzlərindən biri Azərbaycanın füsunkar təbiətə malik olan Quba rayonunun ərazisində yerləşir. Bu zonaya istirahətə, səyahətə, gəzintiyə gələnlər Böyük Qafqazın şimali şərqinin ən gözəl bir hissəsini real həyatda görəcəklər. Mavi səma ilə birləşən qarlı zirvələr, minerallarla zəngin şəffaf bulaqlar, coşqun dağ çayları, bir sözlə əsrarəngiz təbiətin ünvanı olan Quba “Cənnət Bağı” istirahət mərkəzi Sizi maraqlı istirahətə dəvət edir. Siz bu açıq səma altındakı muzeyə ekskursiya edəcək, unudulmaz xatirələrə sahib olacaqsınız.Sağlamlığınızın keşiyində durmaq üçün həm ruhunuzun həm də cisminizin dincələcəyi Quba “Cənnət Bağı”-na gəlin. Təbii sərvətlərdən düşünülmüş və səmərəli istifadə etməniz üçün “Cənnət Bağı”-nda Sizlər üçün hər bir komfort yaradılmışdır. Şəhər səs-küyündən uzaq lakin şəhər komfortu ilə saf təbiətin vəhdəti Sizin əhval-ruhiyyənizə xüsusi ovqat bəxş edəcəkdir.Siz qışın bəxş etdiyi gözəlliyi şəhərdə görə bilməzsiniz, amma həqiqətən qışın da öz gözəlliyi var. Bunu görmək üçün “Cənnət Bağı”-na gəlmək kifayətdir. Küləksiz yağan sakit qar və təmiz oksigen Sizə yaşam dolu ovqat verəcək.

Cənnət Bağı - Otaqlar və qiymətlər

  • Standart -  2 nəfərlik 1 otaqlı mənzillər -  70 AZN
  • Yarım Lyuks - 2 nəfərlik 2 otaqlı mənzillər - 90 AZN
  • Lyuks - 4 nəfərlik 3 otaqlı mənzillər - 150 AZN
  • Koteclər - 2 nəfərlik 1 otaqlı və 2 nəfərlik 2 otaqlı koteclər - 70 AZN

Cənnət Bağı - Restoran

Quba “Cənnət Bağı” istirahət mərkəzinin restoranı ənənəvi milli və seçmə Avropa xörəklərini, ədviyyatlı şərq təamlarını təqdim edən özəl mətbəxi Sizin xidmətinizdədir.
Təbiətdən gələn sağlamlığın yerini heç bir süni məhsul və dərman verməz deyirsinizsə bizim istirahət məkanımızın mətbəxi məhz Sizin üçündür. İstirahət mərkəzimizin heyvandarlıq və quşçuluq təsərrüfatının fəaliyyəti nəticəsində restoran ət, toyuq, yumurta, süd məhsullarından: yağ, pendir, qatıq, süzmə, şor və s. ilə təchiz edilir. Bununla hər şey bitmir. Meyvələrdən: alma, armud, gavalı, albalı, böyürtkən, yabanı bitkilərdən: əvəlik, çaşır, yarpız, nanə, kəklikotu da məhz burada yetişdirilir. Və ən önəmlisi sizə mətbəximizdə təqdim edilən ətirli və dadlı lavaş, təndir, kürə çörəyi də məhz istirahət mərkəzimizdə bişirilir.
Restoranımızın geniş və gözoxşayan interyeri istənilən ailəvi, ad günü, iş yeməkləri və romantik şam yeməklərini təşkil etməyə imkan verir. Bizdən razı qalmayan olmayacaq. Burada istirahət edən ən qurman qonaqlar belə Azərbaycan, Avropa və şərq mətbəxinin nümunələrinin təqdim edildiyi 120 nəfərlik Restorandan razı qalacaq.
Restoranda istifadə edilən qida məhsullarının 60%-i İstirahət Mərkəzinin təsərrüfatında istehsal edilir. Təbiilik öz sözünü deyib nöqtə qoyursa, biz hər şeyin ən təbiisini məhz Sizin üçün hazırlayırıq.
Peşəkar aşpazlarımızın hazırladıqları Avropa və milli mətbəxin yeməklərindən əsl zövq alacaqsınız. Heyətimizin yüksək səviyyəli xidmətindən və ansamblın canlı musiqisindən razı qalacağınıza zəmanət veririk.

Cənnət Bağı - Əyləncə

Əyləncə, adrenalin, ekstremal istirahəti sevənlər biz sizləri əsla unutmadıq. Aktiv istirahət növünə üstünlük verənlər sizlər üçün istirahət mərkəzimizdə motokross, təmiz hava, yaşıllıq dolu futbol, basketbol və voleybol meydançası, tennis kortu, fitnes zalı, boulinq zalı, üzgüçülük həvəskarları üçün tərtəmiz və şəffaf su dolu açıq və qapalı hovuzlarımız da Sizin xidmətinizdədir.
Bunlarla yanaşı adrenalinlə dolu yaşam tərzini sevənlər üçün kvadrosikllərlə motokross, güllə atıcılığı fəaliyyət göstərir. Bununla bitmir, komanda tipli oyunları sevənlər üçün Paintball oyunları da təşkil edilir.
SPA korpusunda quru və nəm sauna, masaj salonu idman meydançalarından sonra fiziki yorğunluğu aradan qaldırmaq üçün əla fürsətdir. Peşəkar masaj ustalarının köməyi ilə sağlamlıq masajlarını qəbul edərək yenidən dünyaya gəlmiş kimi olacaqsınız.

Yalnız filmlərdə gördüyümüz at belində gəzintini yalnız xəyallarında canlandırırsınız? Xəyallarınızı reallığa çeviririk. At belində gəzinti sizin xəyalınızdırsa bu xəyallarınızın gerçək olması üçün istirahət məkanımızda hər bir şərait yaradılmışdır.
İstirahət mərkəzində 3D formatlı Cinemaklub film həvəskarlarının yolunu gözləyir. Siz burada çox maraqlı, çox həyəcanlı 3 D filmlərini rahatca izləyə bilərsiniz
Stolüstü oyunlar arasında populyarlıq qazanmış bilyard və tennis həvəskarları da yaddan çıxmayıb. Sizə ən mükəmməl formada bu əyləncələri yalnız biz təqdim edirik.
Əlbəttə ki, bizim məkanda istirahət etməyi seçən kiçik qonaqlarımızı – balaca balalarımız da unudulmamışdır. İstirahət məkanımızdakı uşaq əyləncə mərkəzimizdə balacaların biri-birindən öyrənəcəkləri dünyalar və uşaq olmanın xoşbəxtliyini yaşadacaq bütün əyləncələrin hamısını balaca qonaqlarımız üçün bir araya gətirdik. Buradakı müxtəlif yelləncək və attraksionlar sizin balacaların bu tətilini və yaşadıqları əyləncə dolu anları unudulmaz edəcək.

Ödənişsiz əyləncələr (məskunlaşmış müştərilərə):

  • futbol;
  • voleybol;
  • basketbol;
  • açiq və qapali hovuz;
  • uşaq parki;
  • fitnes zali;
  • sauna;
  • su masaji;
  • bilyard;
  • tennis.

Ödənişli əyləncələr:

  • bowling;
  • güllə aticiliği;
  • kvadrosikl;
  • tir;
  • paintball oyunu;
  • çin masaji;
  • bar xidməti.