Cəlilabad Hərbi Məhkəməsi xəritədə

Cəlilabad Hərbi Məhkəməsi

M.Hüseyn küçəsi, Cəlilabad, 1 AZ1500 *** 1 səs

Cəlilabad Hərbi Məhkəməsi haqqında

Cəlilabad Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Cəlilabad Hərbi Məhkəməsinin yaradılması

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən 01 yanvar 2011-ci ildən Cəlilabad Hərbi Məhkəməsi yaradılmışdır.Həmin fərmana əsasən Cəlilabad Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Astara rayonu
2. Biləsuvar rayonu
3. Cəlilabad rayonu
4. Hacıqabul rayonu
5. Lerik rayonu
6. Lənkəran rayonu
7. Masallı rayonu
8. Neftçala rayonu
9. Salyan rayonu
10. Şirvan şəhəri
11. Yardımlı rayonu