Cəbrayıl Rayonu İcra Hakimiyyəti xəritədə

Cəbrayıl Rayonu İcra Hakimiyyəti

4 saylı qəsəbə, Biləsuvar AZ1300 *** 0 səs

Cəbrayıl Rayonu İcra Hakimiyyəti haqqında

Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.Cərrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Cəbrayıl rayonu haqqında

Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür.