Qafqaz Kağız Sənaye xəritədə

Qafqaz Kağız Sənaye

Bakı, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Dərnəgül şossesi, 108 АZ1000 *** 1 səs

Qafqaz Kağız Sənaye haqqında

Azərbaycanın və regionun ən böyük təmizlik və gigiyenik kağız məmulatları istehsal edən müəssisələrindən biri olan - “Qafqaz Kağız Sənaye” MMC, 1997-ci ildə “Azersun Holding” Şirkətlər Qrupunun tərkibində təsis edilmiş, 10 nəfər işçi qüvvəsi və 4 ədəd dəzgah ilə fəaliyyətə başlamışdır. Təmizlik və gigiyenik kağız məhsullarına daim artan tələbat, bu sahədə inkişafın bünövrəsini qoymuşdur və 2005-ci ildə aparılan yenidənqurma işləri nəticəsində müəssisə yeni, müasir avadanlıqla təchiz edilmiş və istehsal gücünü artırmışdır. Yeni texnologiyaların tətbiqi nəticəsində Kağız Dəsmalı fabriki istehsal gücünü illik olaraq 2500 tona çatdırmağa nail olmuşdur. Həmin ilin aprel ayından “Qafqaz Kağız Sənaye” MMC ayrıca müəssisə kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda Kağız Dəsmalı fabrikin iş sahəsi 700 m2-dən 6000 m2-dək genişlənmişdir.

Qafqaz Kağız Sənaye MMC-nin fəaliyyət missiyaları

Hazırda fabrik hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları istehsal etmək gücünə malikdir. Bu gün 60 nəfərdən çox işçinin çalışdığı müəssisə ölkənin dəsmala olan tələbatının mühüm hissəsini ödəməyə qadirdir.“Qafqaz Kağız Sənaye” MMC, keyfiyyətli məhsul istehsalının sübutu kimi 2005-ci ilin oktyabr ayında İSO-9001 keyfiyyət sistemi sertifikatını qazanmışdır.Missiyamız təşkilatımızın mövcud olma məqsədi, müxtəlif fəaliyyət istiqamətlərində oynamalı olduğu roldur.Etibarlı, yüksək keyfiyyətli, sağlamlığa və ətraf mühitə zərər verməyən məhsul və xidmət istehsal etmək.

  • Bu mal və xidmətləri ən uyğun şəkildə istehlakçılara təqdim etmək;
  • Fəaliyyət göstərdiyimiz sektorda ən yaxşıların əməkdaşlıq etmək istəyəcəkləri təşkilat olmaq;
  • Nizamlı və sağlam böyümək, orta yol seçmək, irəliləmək və maliyyə imkanlarımızı
  • beynəlxalq səviyyəyə çatdırmaq;
  • Sabit rəqabət üstünlüyümüzü qorumaq və dünyaya açılmaq;
  • Sosial məsuliyyət sahibi, etibar edilən təşkilat olmaq;
  • Texnoloji infrastrukturdan intensiv və faydalı şəkildə istifadə etmək;
  • Yerli gücümüzü regional üstünlüyə çevirmək;
  • Məhsul və xidmət növünü çoxaldaraq satış həcmini artırmaq;
  • İstehlakçıların ehtiyac duyduqları mal və xidmətləri vaxtında qiymət dəyər əlaqələri daxilində
  • təmin etmək;
  • İçində fəaliyyət göstərdiyi sektora istiqamət vermək;
  • Fəaliyyətdə olduğumuz ölkədə keyfiyyət ənənəsinin yayılmasına nail olmaq;
  • İstehlakçı istiqamətli xidmət anlayışını tətbiq etmək,
  • Ümumi keyfiyyətə nail olmaq və məhsullarımızın dünyanın hər bir yerinə çatmasına nail olmaq;
  • Sosial ədaləti təşkilatın ən vacib prinsipinə çevirmək, insan hüquqlarının, insan amilinin
  • həmişə ön planda olmasını təmin etmək və bu sahədəki nəzəri və tətbiqi fəaliyyətləri inkişaf etdirmək