Caspian Industrial Trading Company-CITCO xəritədə

Caspian Industrial Trading Company-CITCO

Bakı, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 AZ1000 *** 1 səs

Caspian Industrial Trading Company-CITCO haqqında

"Caspian Industrial Trading Company" şirkəti 2004 – cü ildə təsis olunmuşdur. Öz fəaliyyəti dövründə şirkət məhsul dövriyyəsini, xidmət sferasını əhəmiyyətli dərəcədə genişləndirmiş, iş qüvvəsini, təklif olunan məhsul çeşidlərini artırmış, keyfiyyəti yaxşılaşdırmış və iş professionallığını inkişaf etdirmişdir. Şirkətin fəaliyyəti əsasən istehsalçı firmaların, dənizdə və quruda istehsalçı şirkətlərin neft mədən, zavodlarda, tikinti şirkətlərinfə, gəmiqayırma zavodlarında, fabriklərdə, barjalarda dəniz sənayesini, hidravlik sənayeni əhatə edir. "Caspian Industrial Trading Company" şirkəti işçilərin ixtisaslarının artırılması məqsədi ilə müntəzəm olaraq məhsulların gigiyena qaydaları barəsində daxili təlimlər təşkil edir. Şirkətin rəhbərliyi də eyni zamanda mütəmadi olaraq müasir texnologiyalar barəsində satış və xidmət heyətinə məlumatlar vermək üçün təlimlər keçirir. Müştərilərə mütəmadi olaraq yenilənmiş məhsullar barəsində yeni kataloqlar və flayerlər göndərilir. Yeni məhsullar, təmir və xibmət barəsində təqdimat bizim və ya müştəriyə aid olan yeni texnologiyalar ilə təchiz olunmuş xidmət mərkəzlərində nümayiş olunur. 2009 – cu ilin dünya krizisindən ciddi əziyyət çəkən şirkətlərdən fərqli olaraq bizim şirkətə heç bir təsiri olmadı, bu şirkətlərdən bəziləri iş aktivlərini birləşdirməli oldular. Bizim işçilərimizin professional səviyyəsi və rəhbərliyin dəstəyi sayəsində, biz ayaq üstdə durmağı bacardıq. "Caspian Industrial Trading Company" tərəfindən təklif olunan məhsul çeşidləri aşağıdakılardır: - şlanqlar, montaj şlanqları (su, neft, yanğın, hidravlika, hava); - birləşdirilmiş təzyiq ölçü aləti (maye və quru); - lentlər, birləşdiricilər, abraziv materiallar, ara qatlar; - əl alətləri (Almaniya firması "ELORA") Force və King Tony; - mexaniki alətlər (Yapon firması “Makita”) Hilti, Dewalt, Bosch; - təhlükəsizlik örtükləri, kəpənəklər, klapanlar; - qaynaq avadanlıqları və aksesuarları (ABŞ firması "Victor"); - borular, borular üçün plastik birləşdiricilər; - borular, borular üçün metal birləşdiricilər; - qaldırıcı avadanlıqlar; - təhlükəsiz materiallar; - “YOTUN” firmasının boyaları, pulverizator (ABŞ firması "ABRO"), boya üçün sürtgəc; - boltlar, qaykalar; - fincan sürtgəclər (Almaniya firması "OSBORN"); - kimyəvi maddələr, digər sənaye materialları (WD - 40, CRC); - qaldırıcı trasslar (kəmərlər), yük tutqacları; - elektrik avadanlıqları (rozetkalar, kabellər); - tikinti materialları və metal konstruksiyalar; - bərkidici sistemlər (Almaniya firması "Fisсher"); - abrazivlər, burğular, kəsicilər, frezerlər; - maqnit drellər, deşik kəsicilər (İngiltərə firması "G&J"); - dəmir materialları (şəbəkələr, listlər, səddlər, künclüklər) - bir dəfə işlədilmiş və yeni avtokarlar (Caterpillar, Kamatsu, Hyundai).