Caspian Business Hotel xəritədə

Caspian Business Hotel

Bakı, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 12/22 AZ1000 *** 1 səs

Caspian Business Hotel haqqında

Avropa standartına əsasən "A" sinif ofis-otel kompleksi olan Caspian Business Hotel 2011-ci ildə inşa edilmişdir və Ələsgər Qayıbov küçəsi 1222 ünvanında yerləşir. Kompleksin 1-ci korpusu 4 mərtəbəli biznes mərkəzi, 6 mərtəbəli otel binasından ibarətdir. 6 mərtəbəli otel Deluxe Standart, Junior otaqlar, Executive otaqlar, King otağı, 52 otel otağı, 600-800 yerlik konfrans zalı, fitnes, üzgüçülük hovuzu, sauna spa və sağlamlıq mərkəzindən ibarətdir. Kompleks aşağıdakılar ilə təchiz olunmuşdur: Mərkəzləşdirilmiş hava- kondisiyalaşdırma sistemi, Wi-Fi internet girişi, video-nəzarət sistemi, mühafizə, geniş avtomobil saxlama dayanacağı , yanğından mühafizə sistemi, tibbi xidmət.

Standart nömrələr

Ayrıca çarpayıları yaxud bir ədəd ikinəfərlik çarpayısı olan çox səliqəli, özündə əlverişliliyi və rahatlığı birləşdirən nömrədir. Standart nömrə rahat istirahət və iş üçün bütün lazım olan avadanlıq və ləvazimatlarla təchiz olunub. Hər nömrədə televizor, telefon, soyuducu və s. var. Vanna otağında duşu olan ağappaq vanna, bütün divarboyu güzgüsü olan tualet masacığı və sanitar qovşağı var. Burada qonaqlar üçün fen, həmçinin saçlar üçün şampun, duş üçün gel, bədən üçün balzam kremi, sabun və duş üçün papaqcıqdan ibarət tualet ləvazimatı dəsti və əl-üz, hamam və ayaq üçün dörd dəst dəsmal var. Hamam ləvazimatları hər gün dəyişdirilir və əlavə olunur.