Card Pro xəritədə

Card Pro

Bakı, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti, 15 AZ0100 *** 0 səs

Card Pro haqqında

2004-cü ildən fəaliyyət göstərərn Card-Pro şirkəti mobil rabitə operatorları və internet provayderləri üçün təyin olunmuş "scratch-off" kartlarının istehsalı ilə məşğuldur. Bu gün şirkətin 65 nəfərlik işçi heyəti vardır. İstehsal proseslərinin həyata keçirildiyi fabrik Bakı şəhərində yerləşir. Şirkətin təkcə istehsal sahəsi 1500 kvadrat metr sahəni əhatə edir. Card-Pro yüksək keyfiyyətli məhsulları kiçik vaxt itkisi ilə hazırlayır,nəticədə mürəkkəb növ məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim edir. Şirkət Azeronline, Azercell, Intrans, KCELL, Geocell kimi telekomunikasiya sahəsinin nəhəngləri və Rabitə və İnformasiya texnologiyaları nazirliyi ilə sıx əməkdaşlıq edir. Şirkər regional təchizatdan başqa ,Gürcüstan,Qazaxıstan kimi postsovet ölkələrinə də "scratch-off"kartlarının ixracı ilə məşğul olur. ISO 9001:2000 beynəlxalq standartına uyğun gələn Card-Pro məhsulları 2007-ci ildə sertifikata layiq görülmüşdür. Müəssisədə istehsal prosesi konfidensiallıq,ardıcıllıq və deqiqlik prinsipləri ilə həyata keçirilir. Card –Pro-nun istehsal fabrikinin ərazisi etibarlı mühafizə,yüksək keyfiyyətli müşahidə sistemləri və təlimləndirilmiş mühafizə heyəti ilə təmin olunmuşdur.