Captain Silver Metro Park xəritədə

Captain Silver Metro Park

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 44 AZ1000 *** 3 səs

Captain Silver Metro Park haqqında

1998-ci ildə yaradılmış "Captain Silver" mağazası 925 əyarlı gümüş zinyət əşyalarının satışı ilə məşğuldur. Burada məşhur brend "Style&Steel"-in məhsulları təqdim olunur. Gümüş əşyalar platin və ağ qızıl məmulatları üçün güclü rəqibdir. Bütün zərif cins nümayəndələri gözəl və dəbli görünmək istər, lakin maddi imkanlar yol vermədikdə dəblə ayaqlaşmaq hər kəsin imkanına görə olmur. Gümüş metalı qızıl və platinlə müqaisədə bahalı deyil, lakin bu metallar içərisində üstünlüyə malikdir. Belə ki, gümüş platinə nisbətən daha parlaqdır və öz yumşaqlığına görə zərgərlər onu istənilən formaya asanlıqla sala bilirlər. Onun sayuq rəngi brilliantla və digər daşlarla gözəl uyğunlaşır. Gümüş istənilən dəri tonuna uyğun gəlir və heç bir xüsusi qulluq tələb etmir. Gümüş əşyalarn bir üstünlüyü də ondadır ki, dəbli büjiteriyalardan fərqli olaraq, o alergiya yaratmır. Gümüş əşya sevənlər daha çox iri formalara üstünlük verirlər ki, bu gün onları halvonoplastk texnologiya ilə istənilən formanı əldə etmək olur. İri, həcmli əşyalar həm də qiymətdə müvafiqdir. Gümüş dəbsevərlər üçün öz kolleksiyalarını tez-tez yeniləməyə imkan yaradır.