Camex xəritədə

Camex

Bakı, Səbail rayonu, Nizami küçəsi, 160 AZ1000 *** 1 səs

Camex haqqında

Camex Azərbaycan Şirkəti Sizləri İLK Bölgə nümayəndəliyinin açılışı ilə sevindirməyə tələsir! Artıq Gəncə və yaxın ətraf rayonlarda yaşayan həmvətənlilərimiz beynəlxalq online alış-veriş zamanı Camex Azərbaycan Şirkətinin surətli və münasib qiymətli xidmətindən faydalana bilərlər. Gəncə, Göy-Göl, Daşkəsən, Şəmkir, Goranboy, Samux ərazilərinin yeni abonentlərindən qeydiyyat, alış-veriş normativləri, təhvil-təslim prosedurları üzrə suallarla Gəncə Bölgə nümayəndəliyinə müraciət etməkləri xahiş olunur. Ətraflı məlumatı camex.az rəsmi internet saytımızdan əldə edə bilərsiniz.

Camex-in tarifləri

Camex, böyük həcmli ticari yüklərin aviadaşınması ilə yanaşı, ABŞ, Dubay və Çin online mağazalarından alınmış malların istehlakçılara çatdırılması xidmətinii təklif edir.İnternet mağazaların Azərbaycana çatdırmaqdan imtina etdiyi istənilən əşyanı şirkətimizin xaricdə yerləşən anbarları vasitəsilə əldə etmək olar. Bağlama ABŞ, Dubay və Çin anbarlarına daxil olduqdan sonra, 7-10 gün ərzində Azərbaycana çatdırılır.Bütün məsuliyyət , bağlama xarici anbarlara daxil olduqdan,istehlakçıya çatdırılana qədər, şirkətin üzərinə düşür. Bağlama anbara çatdırıldıqdan sonra, onu internet mağazaya geri qaytarmaq mümkün olmayacaq.

  • 0.5 kq artıq olmayan bağlamanın ABŞ-dan Bakı şəhərinə daşınma qiyməti- 7$, Gəncə şəhərinə isə -9$ təşkil edir.
  • 0.5 kq artıq olmayan bağlamanın Çin-dən Bakı şəhərinə daşınma qiyməti- 8$, Gəncə şəhərinə isə -10$ təşkil edir. 0.5 kq dan artıq olan bağlamalar 1 kq kimi hesablanır.

Bağlamanın çatdırılma haqqı online və ya ofisdə, nəğd şəkildə ödənilə bilər.Əgər internet mağaza Sizin bağlamanızı qutuda göndərirsə, o halda daşınma haqqı qutunun həcminə görə hesablanacaq. Qutunun həcmi dünya standartlarına uyğun olaraq hesablanır. Əgər bağlama, Bakı və Gəncəyə çatdırıldıqdan sonra, 2 həftə ərzində götürülməzsə, o zaman anbarda saxlanıldığı hər artıq günə 0.50 AZN həcmində cərimə yazılacaqdır. Korporativ müştərilər xüsusi endirimlərdən istifadə edə bilələr. Endirimlər haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.