Camal Mağaza xəritədə

Camal Mağaza

Bakı, Nərimanov rayonu, Xətai prospekti, 23 AZ1000 *** 0 səs

Camal Mağaza haqqında

Dondurma hər birimizin zövq aldığı şirniyyat növüdür. Ən qızmar günlərdə dostlarımızın və doğmalarımızın əhatəsində bu ləzzətli şirniyyat bizim üçün ən yaxşı sürpriz ola bilər. 1998 ildən etibarən “Camal Ltd” şirkəti alıcılar arasında böyük rəğbət qazanan və böyük tələbat duyulan məhsullar istehsal edir. Biz hər dəfə dadlı ideyalar yaratmağa və alıcılarımızı yeni, nəfis və orijinal məhsulla təəccübləndirməyə çalışırıq. Bizim məhsulumuz hər zaman yüksək keyfiyyəti və unudulmaz dadı ilə seçilərək sizə gözəl əhval-ruhiyyə və həyat sevinci bəxş edir. “Camal Ltd” şirkəti daha çox “İceland” ticarət markası ilə tanınır. Biz daima brendlərimizi təkmilləşdiririk və Azərbaycanda ən böyük dondurma istehsalçılarından biriyik. İstehsal prosesi zamanı biz yalnız qabaqcıl Avropa texnologiyalarından, ən yeni avadanlıqdan və yüksək keyfiyyətli təbii xammaldan istifadə edirik. Bu bizim məhsullarımızın ən ləzzətli, ən faydalı, nəticədə isə ən yaxşı olmasına təminatçısıdır! Dondurmanın keyfiyyətinə nəzarət prosesi istehsalatın, daşınmanın və satışın bütün mərhələlərində fasiləsiz olaraq həyata keçirilir. Ən yeni texnologiyalar, texnoloji göstəricilərə dəqiq riayət edilməsi və laboratoriyalarımızda aparılan elmi tədqiqatlar sayəsində biz həm son istehlakçının tələbatına, həm də beynəlxalq keyfiyyət standartlarına cavab verən optimal nəticələrə nail oluruq. Dondurmalar AZS 228-2006 standartlarına əsasən istehsal edilir. Bizim müəsissə İSO 22000-2005 standartlarının tələbatına əsasən qida məhsullarının təhlükəsizliyi menecment sistemini tətbiq edib və ondan istifadə edir. Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycanda istehsal olunan ərzaq mallarına Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) təqdim etməyə başlamışdır. “Camal” LTD şirkəti “İceland” dondurmaları istehsalı müəssisəsi “Qızıl” səviyyəli nişana layiq görülmüşdür. Şirkətimiz tərəfdaşları ilə qarşılıqlı qəbul edilən qərarlara, qarşılıqlı məsuliyyətə və etibara əsaslanmış uzunmüddətli əməkdaşlığı inkişaf etdirməyə çalışır. Elə buna görə dondurma istehsalı ilə məşğul olan qabaqcıl şirkətlər məhz bizə - etibarlı tərəfdaşa və dünya dondurma brendlərinin rəsmi distribyutoruna üstünlük verir. Hazırda “Camal Ltd” şirkəti Azərbaycan Respublikası ərazisində Fransanın “Mars”, İsveçrənin “Nestle”, Kanadanın “McCain”, Rusiyanın “Talosto”, Polşanın “Farm Frites” və “Poltino”, Almaniyanın “Buitoni” kimi dünya ticarət nişanlarının eksklüziv distribyutorudur. Müəssisəmizdə işçilərimizin əməyi, onların peşəkar inkişafı və istirahəti üçün optimal şərait yaradılmışdır. Biz daima regional və beynəlxalq sərgilərdə iştirak edirik. Buna sübut kimi yüksək mükafatlarımız, medallarımız və təltiflərimiz göstərilə bilər. Lakin bizim əsas mükafatımız istehlakçılarımızın, hər birinizin rəğbətidir!