Cahan Red xəritədə

Cahan Red

Bakı, Nərimanov rayonu, Babək prospekti, 21/99 AZ1031 *** 1 səs

Cahan Red haqqında

12 əsas və bir neçə xırda törəmə müəssisəsindən ibarət "Cahan" Holding Azərbaycanda sahibkarlığın inkişafını müəyyən edən biznes strukturlarından biridir. 1995-ci ildə təsis edilmiş Holdinq daim inkişaf edərək öz strukturunu təkmilləşdirir və yeni biznes sahələrini əhatə edir. 2008-ci ildən başlayaraq "Cahan" Holdinq “İlin holdinqi” və “İlin brendi” fəxri adlarına layiq görülüb. Son illər əksər istehsal müəssisələri Naxçıvan Muxtar Respublikasında yerləşən "Cahan" Holding Azərbaycanın dinamik inkişaf edən biznes strukturlarından birinə çevrilmişdir. Avtomobil biznesində, tütün və çay məhsulları, tikinti materiallarının istehsalı sahəsində əldə edilmiş nailiyyətlərlə yanaşı Holding həmçinin bir neçə dünyaca məşhur тbrendinin rəsmi nümayəndəsi statusunu almışdır. Yaxın və uzaq xariclə qurulmuş partnyor əlaqələri Holdinqin fəaliyyətinin gündəlik inkişafı üçün baza yaradır. "Cahan" Holdinq "JTI", "AKBAR", "OPEL", "Red Bull", "Habanos", "KT&G", "Wyndham Hotel Group", "Alokozay", "Ahmad" kimi dünyaca məşhur biznes strukturları ilə partnyor münasibətdədir, Holdinqin nümayəndəlikləri isə İran, BƏƏ, Türkiyə, Almaniya, Qazaxıstan və Çində fəaliyyət göstərir.