Bumblebee uşaq klubu xəritədə

Bumblebee uşaq klubu

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 151 AZ1010 *** 2 səs

Bumblebee uşaq klubu haqqında

Bumblebee uşaq klubu – Azərbaycanda 12 yaşadək olan bütün uşaqlara şən məşğələlərin ən geniş çeşidlərini təklif edən yeganə yerdir ... hər şey bir damın altında! Biz ixtisaslı peşəkarlarla ən yaxşı şəraitləri təmin edirik. Burada uşaqlar sağlam, şən və ən əsası təhlükəsiz mühitdə oynaya, öyrənə, araşdıra və şənlənə bilərlər, valideynlər isə bu zaman ərzində istirahət edib dostları ilə görüşə və ya daima etməyə vaxt tapmadıqları işlərini görə bilərlər!Gəlin bizi ziyarət edin. Biz məmnuniyyətlə sizə hər şeyi göstərərik ki, bizim bumblebee ailəmizə qoşulasınız!

Bumblebee uşaq klubunun xidmətləri

  • İncəsənət Laboratoriyası-Uşaqların öz üst-başını kirləndirib təxəyyülünü üzə çıxara bildiyi yer olan Dinamik Rəsm Otağımızda kreativliyinizi inkişaf etdirin! Burada saxsı qablarda rəsm çəkmək, dekupaj, rəsmxət, karikaturaların çəkilməsi, modellərin yaradılması və s. daxil olmaqla gənc və ümid verən hər bir rəssam üçün uyğun mühit var.
  • Kulinariya Məktəbi-Uşağınızı Kulinariya məktəbimizə gətirməklə ona mətbəxinizi dağıtmadan yemək bişirən zaman təxəyyülünü üzə çıxarmasına və ətrafı dağıtmasına imkan yaradın. Doğrama, kəsmə, sürtgəcdən keçirmə və bişirmə məşğələləri ilə bol şən dərslərimizlə Sizin gələcəyin kiçik aşpazlarınızı məmnun edə bilərik.
  • Maskarad Geyimləri Otağı-Uşaqlarınıza fantaziyalarını canlandırmağa kömək edəcək 200-dən çox müxtəlif geyim və əşyalarla dolu geyim otağına əfsanəvi gəzinti.
  • Oyun Meydançası-Oyun meydançası 10 yaşadək uşaqlar üçün inanılmaz təhlükəsiz və yumşaq oyun arenasıdır! Burada siz uşaqlarınızı saatlarla əyləndirə biləcək geniş oyuncaq və oyun çeşidləri ilə dolu fantastik məkanla tanış olacaqsınız.
  • Bayram Zalı-Bumblebee-nin müxtəlif qonaqlıq və orqanik yemək veriantları var. Belə ki, gəlin və komandamızdan sizin üçün xüsusi bir qonaqlıq təşkil etməsiniz istəyin. Əsas fərqli xüsusiyyətimiz 50-dən çox oyunu olan "EyePlay" – virtual oyun meydançamızdır, bu meydançada uşaqlar bütün bədənlərindən istifadə edərək oynaya bilərlər. Hər şey Sizin əvəzinizə düşünülüb, etməli olduğunuz yeganə şey gəlib əyləncəli gün keçirməyinizdir. Uşağınız üçün fərqli qonaqlıq keçirmək istəyirsinizsə Bumblebee məhz sizin üçündür.
  • Musiqi və Rəqs Studiyası-Nə etməyi sevdiyinizdən asılı olmayaraq, burada hər zaman etməli bir şey olacaq. Burada mahnı oxuya, rəqs edə və ya hər hansı alətdə ifa edə bilərsiniz! Bizim səsyazma studiyamızda mahnı oxumağa, pianino çalmağa, gitara dınqıldatmağa və ya baraban vurmağa nə deyərziniz?! Və ya sadəcə Popdance, Yoqa, Zumba və ya Balet dərslərimizdə bədəninizi hərəkət etdirin!
  • İstirahət Otağı-İstirahət otağı istirahət edib dostlarla söhbət etmək, kitab və jurnal oxumaq, masaüstü oyunlar oynamaq və ya sadəcə internet səhifələrinə göz gəzdirmək üçün mükəmməl yerdir.