Bulvar Oteli xəritədə

Bulvar Oteli

Bakı, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 4C AZ1025 *** 2 səs

Bulvar Oteli haqqında

Bakının dənizkənarı Bulvarı boyunca və şəhərin əsas görməli yerləri yaxınlığında yerləşmiş Bulvar Otel Bakı 818 rahat standart və lyuks qonaq otaqları təklif edir. Biznes və ya istirahət məqsədi ilə gələn səyahətçilərin maksimal rahatlığıüçün Bulvar Otelin qonaq otaqları döşəmədən tavana kimi yüksələn və Xəzər dənizininmaneəsiz mənzərəsini təmin edən pəncərələri, müasir mebel və rahat yataq dəstləri ilə öyünür. Bizim müasir otaqlarımız aşağıdakı imkanlaramalikdir:

  • Fərdi temperatur nəzarəti
  • Kabel və peyk televiziyası və geniş kanal seçimi imkanı olan 42″ düz ekran TV
  • Beynəlxalq data portları və simsiz internetə çıxış
  • Otaq-içi təhlükəsizlikəmanət qutusu
  • Minibar və Nespresso apparatı
  • Elemis tərəfindən təchiz edilmiş xüsusi hamam otaqları və yağış duşu
  • Fen, ütü və ütü lövhəsi, bornoz və başmaqlar
  • iHome dok stansiyası
  • Qeyri-allergik yastıq, körpə beşikləri və əlavə çarpayı (öncədən xahiş etməklə)

Bulvar Otel Bakının xidmətləri

Aradığınız nə olursa - bizim müxtəlif məqsədli görüş və nahar otaqlarımızdan başlayaraq incə zövq nümayiş etdirən spa və fitnes mərkəzinə kimi biz sizə ən yaxşı təcrübəni yaşadacağıq.

Bizim geniş xidmət sahələrimizə və imkanlarımıza daxildir:

  • 24-saatlıq konsyerj masası və otaqda nahar
  • Bütün kompyuter,surət çıxarma və faks xidmətləri ilə təchiz olunmuş biznes mərkəzi
  • Nəqliyyat xidmətləri (avtobus və limuzin xidməti)
  • İstilik sistemi ilə təchiz edilmiş təhlükəsiz yeraltı qaraj
  • Spa və sağlamlıq mərkəzi
  • Gözəllik salonu
  • Camaşırxana, quru-təmizləmə və ütüləmə
  • Körpələr mərkəzi və uşaq baxıcılığı xidmətləri

Nobel Club Lounge

Binanın üst mərtəbəsində yerləşərək, Nobel Club Lounge otel daxilində fərdi klubu təmsil edir və öz cəlbedici dizaynı, Xəzər Dənizi və Bakı bulvarının maneəsiz mənzərəsini təmin edən səfalı açıq terrası və ziyarıtinizi maksimal dərəcədə rahat etmək üçün səhərlər kontinental qəhvəaltı, gün ərzində geniş içki və qəlyanaltılar və axşamlar saat 17:30-dan 19:00-a kimi kanapelər, ev şərabları və standart spirtli içkilər seçimləri kimi əlavə xidmətləri ilə şəxsilik və xüsusilik mühitini təklif edir. Qonaqlar həmçinin lounge-da təmin edilmiş daxili iPad-lərin köməyi ilə bir çox onlayn qəzet və jurnallara pulsuz girişdən yararlana bilərlər.

Bulvar Otel Bakının Sağlamlıq və Spa mərkəzi

Bulvar Otel Bakı ən geniş fitnes və spa imkanlarını təklif edir. 25 metrlik qapalı hovuz və qabaqcıl fitnes imkanları ilə təchiz edilmiş The Club mərkəzində və ya Xəzər Dənizi boyunca Bakı Bulvarının gözəl mənzərəsindən həzz alarkən açıq havada qaçışla enerjinizi artırın.Tam sakitlik mühiti yaratmaq məqsədiylə dizayn edilmiş The Spa–da xoşhallanıb Healthy Bar-ımızda təzə sıxılmış şirə və ya bir fincan bitki çayı içərək dincəlin. Bulvar Otel Bakının Spa mərkəzi ağlınızı, bədəninizi və ruhunuzu yeniləmək məqsədini daşıyır. Spa menyumuzda təklif olunan müxtəlif seçimlərlə - terapevtik masajlardanBritaniyanın spa və dəriyə qayğı üzrə aparıcı brendi olan Elemis–in xüsusi formulları ilə dəri müalicəsinə kimi - sizi gündəlik həyatın gərginliyi və stresindən azad olmağa dəvət edirik. Mərkəzin imkanlarına cütlüklər üçün 3 rahat otaq daxil olunmaqla 6 lyuks spa otaqları, buxar hamamı və sauna, istirahət sahəsi və əl və dırnaqlara qulluq salonu da daxildir. Kişi və qadınlar üçün ayrı şəxsi dəyişmə otaqları da əlavə rahatçıliğı təmin edirlər.

Bulvar Otel Bakı -  Bölgənin ən böyük konfrans oteli

Xəzər Dənizinin sahilində yerləşən və Azərbaycanda ən geniş və qabaqcıl konfrans və tədbir keçirmə imkanlarına malik olan otelimizin təkliflərindən yararlanın və narahatçılıq, məyusluq və vaxtın boşuna sərf edilməsindən yan keçin. Biz sizin tədbirinizin tam rahat və ən əsası unudulmaz keçirilməsi üçün üstün texnologiya, təkrarsız qida, şərab və özünəməxsus təcrübə təklif edirik.

Hədsiz cazibədarliqla dolu toylar Bulvar Oteldə

Bulvar Otel Bakının eleqant məkanında xüsusi əzizləmə və detallı planlama ilə 1300 kv m-lik sahədə şıq və təkrarolunmaz toy ziyafətini təşkil etməkdən zövq alacaqsınız. Ən böyük gününüzü Bulvar Otelin liman mənzərəli möhtəşəm Tağıyev balo otağında qeyd edin. Gəlin və bəy müxtəlif yeməklərdən ləzzət alır, şampan və çiyələklərlə otelimizdə bir gecə qonaqlamaq və toyun il dönümündə bir daha burada gecələmək şansını əldə edəcək. Bütün bunları sizin fərdi istəklərinizə uyğun professional toy mütəxəssisi dizayn edəcək.

  • Gəlin və Bəy Təklifləri
  • Valet Parkinq
  • Xüsusi Toy Təklifi
  • Şəhər Mərkəzində yerləşmə
  • Geniş Yemək Seçimləri (Toy Broşurunda menyu seçimi)

Daha ətraflı məlumat üçün Toy Broşuruna keçin. Buradan yükləyin.