BSS Group xəritədə

BSS Group

Bakı, Yasamal rayonu, Mətbuat prospekti, 529 AZ1000 *** 0 səs

BSS Group haqqında

“BSS Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 iyun 2010-cu il tarixindən təsis edilmişdir. Qısa bir müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, şirkətimiz uğurla fəaliyyətini davam etdirir və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı dövründə müasir tələblərə uyğun tikilən geniş həcmli mehmanxanalarda, idman komplekslərində, istirahət evlərində, ticarət sahələrində, restoranlarda, idarə və ofislərdə, yaşayış binalarında və müxtəlif təyinatlı ictimai-iaşə, məişət, istehsalat binalarında beynəlxalq standartların tələblərinə cavab verən havalandırma sistemlərinin quraşdırılması, isitmə və soyutma təchizatı, su təchizatı və kanalizasiya, avtomatik idarəetmə sistemləri və elektrik təchizatı işlərini və servis xidmətini həyata keçirir.. Şirkətimiz öz fəaliyyətini beynəlxalq standartlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirir ki, bu da yerinə yetirilən işlərin, göstərilən xidmətin keyfiyyətinin təmin olunmasına imkan verir. Təşkilatın bütün struktur bölmələrində keyfiyyət sahəsində siyasətin həyata keçirilməsinə Keyfiyyəti İdarəetmə Sisteminin effektiv tətbiq edilməsi və dövri olaraq daxili auditin və rəhbərlik tərəfindən təhlillərin aparılması ilə nail olunur. Müasir dünyada baş verən innovativ dəyişiklikləri yaxından izləyən “BSS Group” MMC, hər hansı bir proseslə kifayətlənmir, bütün şərtlərə və standartlara uyğun ən ekonomik həlli ortaya qoyaraq tətbiq edir. Məqsədimiz yaşayış və ictimai binaları ekonomik üsullarla mikroiqlim ilə təmin etməkdir. Daha yüksək keyfiyyət təqdim etməklə müştərilərimizin məmnuniyyətini artırmaq, servis sistemində daha da inkişaf etmək və qazandığımız mövqeni möhkəmləndirmək. Biz doğru olduğuna inandığımız yolda, birlikdə çalışdığımız dostlarımızla böyüyən, hər gün həvəslə işə başlayan, çalışmaqdan yorulmayan, insanların inamını itirməkdən qorxan və gördüyü işi mövcud standartlarda ən üstün səviyyədə sizlərə təqdim edən bir komandayıq. Fəaliyyət sahələrimiz aşağıdakılardan ibarətdir: havalandırma sistemləri; istilik və soyutma təchizatı; su təchizatı və kanalizasiya; elektrik təchizatı; avtomatik idarəetmə sistemləri. Ən çox üstünlük verilən avadanlıqlar׃ Daikin, Panasonic, Gree, Mitsubishi, Toshiba, LG, McQuay, Carrier, Fujitsu, Samsung, Hitachi, General, AEG, SistemAir. Bizi seçməyiniz üçün səbəb: Münasib qiymət, yüksək keyfiyyət və daimi servis xidməti. Göstərdiyimiz xidmətlər׃ “BSS GROUP” MMC mühəndis kommunikasiya-larının və qurğuların layihələndirilməsi, quraşdırılması və servisi ilə məşğul olur. Müəssisəmizin əsas fəaliyyət sahəsi isitmə-soyutma, havalandırma, mərkəzi kondisioner sistemlərinin quraşdırılması, elektirik təsisatı və su təchizatı ilə bağlıdır. Müəssisəmiz aşağıda qeyd olunan işləri yüksək səviyyədə və müasir tələblərə uyğun şəkildə yerinə yetirir: Texniki-iqtisadi əsaslandırmaların hazırlanması (sifarişçinin imkan və tələblərinə uyğun olaraq); Layihə işləri: yaşayış və qeyri yaşayış komplekslərinin bina daxili və xarici mühəndis kommunikasiyalarının layihələndirilməsi; Quraşdırma işləri: qazanxanaların quraşdırılması (su və buxar qazanları); ventilyasiya və kondisioner sistemləri avadan-lıqlarının quraşdırılması (çiller–fankoyl sistemləri, kanal tipli split sistemləri, mərkəzi kondisionerlər, VRF sistemləri və s.); bina daxili istilik sistemləri (konvektor, radiator, isti döşəmə və s.) quraşdırılması; aşağı gərginlikli elektrik quraşdırma işləri.