Biletx Travel xəritədə

Biletx Travel

Bakı, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 75 AZ1000 *** 3 səs

Biletx Travel haqqında

2007-ci ildən Azərbaycanın turizm sahəsində ixtisaslaşmış, illərin qazandırdığı zəngin iş təcrübəsini müştərilərimizə ən yüksək şəkildə əks etdirmək və onlar adına xüsusi fərdi və korporativ layihələr həyata keçirmək məqsədi ilə qurulmuşuq. Hər zaman yenilənən xidmət anlayışımız ilə müştərilərimizə daha professional, operativ və fasiləsiz xidmət keyfiyyəti təqdim etmək isə bizim missiyamızdır.

Fərdi xidmətlərimiz

  • Otellər və tətil qəsəbələri
  • Hava, dəmiryol və su nəqliyyatı xidmətləri
  • Xarici ölkələrə turist paketləri
  • Dərketmə turları
  • Macəra turları
  • Safari turlar
  • Fashion & Shopping turlar
  • Dağ-xizək turları
  • Müalicəvi turlar
  • Ekzotik səfərlər
  • Mavi turlar
  • Gənclər üçün xüsusi turlar
  • Balayı paketləri (ölkədaxili və xarici olmaqla)
  • Səyahət sığortası
  • Viza dəstəyi və lazımi konsultasiya

Korporativ xidmətlərimiz isə aşağıdakılardır.

Incoming

  • Xaricdən gələn fərqli profilə malik korporativ qruplara qonaqlama, nəqliyyat və transfer xidmətlərinin göstərilməsi;
  • Qruplar üçün Azərbaycanın regionlarına tarixi və ictimai məzmunlu gəzintilərin təşkili;
  • Müxtəlif dillərdə professional bələdçilik xidmətlərinin göstərilməsi;

Outgoing

  • Professional bələdçilərin iştirakı ilə müxtəlif məzmunlu korporativ səyahət proqramlarının, həvəsləndirici səfərlərin həyata keçirilməsi;
  • Korporativ qrupların tələbinə uyğun Safari, Macəra, Dərketmə, Fashion & Shopping, Müalicəvi, Ekzotik turların, eləcə də dəniz və çay kruizlərinin təşkili;
  • Qonaqlama, nəqliyyat, viza dəstəyi və səyahət sığortası xidmətlərinin göstərilməsi.

Tədbirlərin təşkili

  • Konfrans, konqres, korporativ iclaslar və treninqlərin təşkili;
  • Şirkət ildönümü və açılış mərasimlərinin təşkili;
  • Bayram tədbirləri və pikniklərin təşkili;

Nəqliyyat xidmətləri

  • 750-dən artıq hava yolu şirkəti ilə əməkdaşlıq əsasında dünyanın hər nöqtəsinə beynəlxalq uçuşların, eləcə də Amerika, Afrika, Türkiyə, Rusiya kimi çoxsaylı istiqamətlərdə ölkədaxili uçuşların təşkili;
  • Avropa və Amerikada şəhərlərarası qatar biletlərinin rezervasiyası;
  • Ölkə daxilində və xaricdə transfer xidmətlərinin təşkili;
  • Avtomobillərin kirayəsi.