Bestel xəritədə

Bestel

Bakı, Nəsimi rayonu, Vidadi küçəsi, 189 AZ1000 *** 1 səs

Bestel haqqında

BestComp Group satışdan sonrakı xidmətə böyük əhəmiyyət verir. Şirkət yüksək səriştəli mütəxəssislərinə arxalanaraq, sifarişçilərin istənilən problemlərinin qısa müddətdə və etibarlı həllinə zəmanət verir. Şirkətin nəzdində fəaliyyət göstərən avtorizə edilmiş Servis mərkəzlərində müştərilərə təminat müddətində və təminat müddətindən sonrakı dövrdə yüksək keyfiyyətli və etibarlı xidmət göstərilir.
Müştərilərin tələbatlarını operativ ödəmək məqsədilə daim şirkətin anbarlarında aparıcı şirkətlərin mallarının geniş çeşiddə olması təmin edilir. Həmçinin BestComp Group təcili sifarişlər daxil olduqda xarici tərəfdaşları ilə razılığına əsasən Gürcüstandakı və Dubaydakı anbarlardan istifadə imkanlarına malikdir. Müştərilərin daim dəyişən tələbatlarının operativ və keyfiyyətlə təmin edilməsi şirkətin müştəri etimadını qazanmasını təmin edən əsas amildir.

BestComp şirkətinin satış mağazaları

Şirkət müştərilərə kompüter və periferik avadanlıqların geniş çeşidini təklif edir. Dünyanın tanınmış markaların - HP, Acer, Dell, Microsoft, Kindermann, APC by Schneider Electric, Tripp Lite, Eaton, ARTronic, Karel, Symantec, Dr.Web, İntegral, Canon və s. geniş çeşiddə məhsulları BestComp Group-un Bakının müxtəlif nöqtələrində fəaliyyət göstərən 7 müasir və geniş nümayiş zallarında satışı təşkil edilmişdir. Təcrübəli mütəxəssislər müştərilərə düzgün seçim üçün yardım göstərməyə hər zaman hazırdırlar.