Bərpa Spa Mərkəzi xəritədə

Bərpa Spa Mərkəzi

Heydər Əliyev prospekti, Quba AZ1000 *** 1 səs

Bərpa Spa Mərkəzi haqqında

Qubanın iqlimi - bu, hər zaman təmiz dağ havası, heyrətamiz gözəlliyə malik təbiət, şəlalələr, ucsuz- bucaqsız alma bağları və qarla örtülmüş Şahdağ . Dağ havası düzənlik havası ilə müqayisədə daha sərin və daha az rütübətlidir ki, bu da insan orqanizminə müsbət təsir göstərir. Müxtəlif yaşlı və məqsədli insanlar bizim mərkəzdə nəinki istirahət edə və əylənə, o cümlədən öz sağlamlığını yaxşılaşdıra və bərpa edə bilər. SPA proseduralar, fizioterapiya və dağ havası insan orqanizminin həyat resurslarının bərpa edilməsinin təminatıdır. İşgüzar insanlara konfrans, seminar, sərgi və təqdimatların keçirilməsi təklif edilir. Konfrans zalı bütün zəruri avdanlıqlarla təchiz edilmişdir. İşgüzar danışıqlardan sonra sizi restoranda cürbəcür menyunun təqdim edildiyi gözəl şam yeməyi, rəqs həvəskarlarını isə disko-bar gözləyir. Yaşlı nəslin nümayəndələrinə biz həmçinin xüsusi qulluq və tibbi yoxlama da təklif edirik. Bizim kiçik qonaqları isə oyun meydançası, uşaq hovuzu, fonoteka, atla gəzinti, Playstation 3 və digər əyləncələr gözləyir.

Bərpa Spa Mərkəzin nömrələri və qiymətləri

  • Extra bed - 15 AZN
  • Əsas binada bir otaqlı nömrə 2 nəfərlik - 60 AZN
  • Əsas binada yarım lüks iki oltaqlı nömrə 3 nəfərlik  - 100 AZN
  • Əsas binada üç otaqlı nömrə (VIP) 5 nəfərlik - 160 AZN
  • İkimərtəbəli kottecdə bir otaqlı nömrə 2 nəfərlik -  80 AZN
  • İkimərtəbəli kottecdə iki otaqlı nömrə 3 nəfərlik  - 130 AZN
  • Ayrıca üçotaqlı kottec 5 nəfərlik - 180 AZN

Nömrələrin qiymətinə daxildir:

  • Səhər yeməyi
  • Açıq hovuz
  • Meydança (futbol, voleybol, basketbol, tennis, badminton)
  • Masaüstü tennis
  • Kinozal
  • Fitnes zalı
  • Telefon
  • Televizor (peyk kanalları)
  • Kondisioner
  • Hamamda qızğın döşəmə
  • Duş odacık
  • Tualet
  • Fen
  • Hamam ləvazimatları (xələt, terlik, dəsmal)

Bərpa Spa Mərkəzin xidmətləri

  • Restoranlar
  • Böyüklər və uşaqlar üçün əyləncələr
  • İdman
  • SPA
  • Konfrans zalı
  • Professional təqdimat mərasimi üçün şərait
  • Biznes görüşlər
  • Qadınlar, kişilər və balaca qonaqlarımız üçün istənilən bərbər xidmətlər.
  • Tibbi yardım
  • Səyahətlər, ekskursiyalar, aeroportda qarşılanma, transfer.