Anti age mərkəzi “Beauty Palace” klinika, kosmetologiya, Spa və imic zonası, akvaaerobika və fitnes zalı ilə xidmətinizdədir. Burada Siz hər növ tibbi və kosmetoloji xidmətlər sayəsində cavanlaşdırma və sağlamlaşdırma prosedurları qəbul edib, Spa zonada tam relaks və imic zonasında görünüşünüzü mükəmməlləşdirə bilərsiniz.Bundan başqa tədris mərkəzində kosmetoloji kurslar, gələcək analar üçün məktəb, make up – vizaj kurslarına yazıla bilərsiniz.Xaricdə təhsil almış həkim və digər mütəxəssislərimiz Sizin xidmətinizdədir.
Anti age tibdə insan sağlamlığına yeni yanaşmanı əks etdirən müasir sahədir. Bu, orqanizmin yaşlanmasına qarşı yönəldilmiş prosedurlar kompleksidir. Anti age proqramı zamanı pəhriz, fiziki hərəkətlər, vitamin preparatları və s. vasitəsilə həyat tərzinin dəyişdirilməsi, orqanızmin təmizlənməsi və bunun sayəsində yaşlanma mexanizminin ləngiməsi həyata keçirilir. Mütəxəssislər düşünürlər ki, yaşlanma prosesini ləngitmək, hətta saxlamaq mümkündür. Həqiqətən də Anti age proqramını həyata keçırən pasientlər öz yaşıdlarından 10-30 yaş daha cavan görünürlər.
“Anti Age” klinikası “Beauty Palace”ın fəaliyyət sahələrindən birini də tibbi kosmetoloqiya bölməsinin işi təşkil edir. Müasir metod və avadanlıqlarla çalışan ixtisaslı həkim-dermatoloqlar pasientlərə istənilən yaşda gözəl görünməyə kömək edərlər. Biorevitalizasiya və kontur plastikası, mezoterapiya, ultrasəs terapiyası, fotocavanlaşdırma, yüksək təsirə malik kosmotevtik preparatları özündə cəmləşdirən cavanlaşdırmanın kombinə edilmiş metodları. Bu bölmədə həkim göstərişi ilə yalnız yüksək keyfiyyətə malik preparatlar və az invaziv metodikalardan istifadə olunur.Yüksək təcrübəyə malik, sertifikatlı həkimlər bir çox problemlərdən azad olmaqda sizə kömək edərlər.