Balans Kursları Yeni Yasamal r. xəritədə

Balans Kursları Yeni Yasamal r.

Bakı, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 47 AZ1000 *** 1 səs

Balans Kursları Yeni Yasamal r. haqqında

Balans MMC 2006 – cı ildən dövlət qeydiyyatına alınmışdır. Şirkətin əsas fəaliyyət istiqaməti təhsil sahəsini əhatə edir.Şirkət 2008- ci il sentyabr ayından "Balans Təhsil Mərkəzi” adı ilə fəaliyyətə başlamışdır.Fəaliyyətə başladığı dövrdən indiyədək şirkətin qarşısındakı məqsəd təhsildə öz keyfiyyəti ilə seçilmək, xalqımız üçün savadlı kadrlar yetişdirmək, təhsil sistemində ən yüksək uğurlara nail olmaq, tədris sahələrini genişləndirmək, dünyada baş verən yenilikləri tədrisə tətbiq etmək və daim inkişaf etməkdir.s5 illik fəaliyyətimiz dövründə yüksək keyfiyyətli təhsil sistemi qurulmuş, filiallarımız açılmış, tədris kitablarımız, praktik-metodik işlərimiz hazırlanmış, kitabxana yaradılmışdır. Bütün fənlərə uyğun otaqlar maddi-texniki baza ilə təchiz olunmuşdur.