Balance Hüquq Firması xəritədə

Balance Hüquq Firması

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2/30 AZ1000 *** 1 səs

Balance Hüquq Firması haqqında

Balance Hüquq Firması Azərbaycandakı aparıcı hüquq şirkətlərindən biridir. Şirkətin Bakıda yerləşən baş ofisi və Riqa (Latviya), Münhen (Almaniya), Tbilisi (Gürcüstan) yerləşən nümayəndələrdən ibarətdir. Yerli bazarda aparıcı mövqelərə malik olan firma yerli və beynəlxalq müştərilərə geniş çeşidli hüquq xidmətləri təqdim edir. Şirkətlərə və fərdi müştərilərə ölkə daxilində hüquqi xidmətlər göstərməklə yanaşı, Balance hüquq firması həm beynəlxalq səviyyəli hüquqi tədbirlərdə iştirak etməklə, həm də MDB və Avropanın aparıcı şirkətləri ilə sıx işgüzar münasibətlər yaratmaqla, beynəlxalq arenaya çıxmağa nail olmuşdur. Firmanın yüksək ixtisaslı, milli qanunvericiliyi və beynəlxalq hüququ dərindən bilən, müxtəlif dillərdə sərbəst danışan əməkdaşları Sizin problemləriniz üçün ən səmərəli həll yollarını tapmaqla biznesinizin düzgün inkişafını təmin edəcək. Şirkətimizin bir neçə əməkdaşı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və xarici ölkələrdəki nümayəndələrimiz həmin ölkələrdə vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Bizim müştərilər müxtəlif sahələridə fəaliyyət göstərirlər, belə ki, buraya neft və qaz, dəniz əməliyyatları, bank, maliyyə və sığorta, IT və telekommunikasiya, tikinti, istehsalat, elektronika və mexanika, konsultasiya, yaradıcı dizayn və reklam xidmətlərini aid etmək olar.