Balakən Rayon İcra Hakimiyyəti xəritədə

Balakən Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Balakən, 40 AZ0800 *** 0 səs

Balakən Rayon İcra Hakimiyyəti haqqında

Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Balakən rayonunun tarixi

Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur.Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan),Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar.

XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir.Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar.

XVII əsrin sonlarından etibarən Azərbaycanın şimal-qərbində dövrünün ən mütərəqqi idarəetmə üsuluna sahib olan və 6(altı) böyük icmanı birləşdirən Car-Balakən camaatlığı yaranmışdır. Car-Balakən camaatlığı XIX əsrin 30-cu illərinə qədər öz mövcudluğunu qoruyub saxlamışdır.
Balakən inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə Zaqatala rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. 1946-1965-ci illərdə rayonun inzibati mərkəzi Balakən qəsəbəsi, 1965-ci ildə Balakən şəhəridir.