Balakən Gimnastika Məktəbi xəritədə

Balakən Gimnastika Məktəbi

Nəsimi adına 2 saylı orta məktəb, Balakən AZ0800 *** 1 səs

Balakən Gimnastika Məktəbi haqqında

Balakəndə idman gimnastikası üzrə bölmə 2007-ci ilin iyun ayından fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda burada 15-20 nəfər müntəzəm surətdə məşq edir. Qeyd edək ki, onların arasında qızlar da var. Məşqlərə bölmənin rəhbəri, keçmiş gimnast Səfər Gəncəyev başçılıq edir. Məşqlər həftədə üç dəfə Nəsimi adına 2 saylı şəhər orta məktəbinin gimnastika zalında keçirilir. Burada həm milli komandanın təlim-məşq toplanışlarını, həm də qonşu ölkələrin idmançıları ilə birgə təşkil olunmuş məşqləri keçirmək mümkündür.

Balakən idmançıları öz güclərini artıq iki yarışda - Azərbaycan birinciliyi və Bakı Gimnastika Məktəbinin açıq birinciliyində sınamışlar. Debüt uğurlu olmuşdur: gənc gimnastlar Mehdi Musayev, Zaur Şeşderov, İlyas Gəncəyev, habelə Günay Məmmədli, Diana Mehdiyeva və Aynur Gəncəyeva öz yaş qruplarında mükafatçılar sırasına daxil olmuşlar.

Balakən İdman Gimnastikası

Balakəndə ölkənin idman rəhbərliyinin regionlarda gimnastikanı inkişaf etdirmək çağırışını nəzərə alaraq bu bölməni yaratmışlar. Məşqçilər əmindirlər ki, tezliklə Balakəndə idman gimnastikası ilə məşğul olan ümidverici oğlan və qızlar meydana gələcək və onlar milli yığma komandalara cəlb olunacaqlar.Tezliklə Balakəndə İdman kompleksi istismara veriləcək, burada gimnastika daxil olmaqla müxtəlif yarışlar keçirmək mümkün olacaq. Beləliklə, məşqçilərin fikrincə, həmin bölməyə gələnlərin sayı artacaq, gələcəkdə isə gimnastikada milli kadrlar problemi gündəmdən çıxarılacaq.