Bakı Qızlar Universiteti xəritədə

Bakı Qızlar Universiteti

Bakı, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 14 AZ1078 *** 3 səs

Bakı Qızlar Universiteti haqqında

1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir.

Bakı Qızlar Universitetinin fəaliyyəti

Bakı Qızlar Universiteti yaradıldığı dövrdən Azərbaycan təhsilinin inkişafına öz töhfələrini vermiş və indi də verməkdədir.Universitetin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Seminariyada «Dillər», «Ədəbiyyat», «Tarix», «Təbiət fənləri», «Psixologiya», «Pedaqogika», «İctimai elmlər» kafedraları fəaliyyət göstərir. Tələbələrin təlim-tərbiyəsi ilə 7 kafedrada çalışan 100-dən artıq müəllim məşğul olur. Onlaradan 37 nəfəri elmlər doktoru, professor, qalanları isə elmlər namizədi, dosentdir.

Universitetin əsaslı təmir edilmiş binası, tədris üçün zəruri texniki vasitələrlə təchiz olunmuş 50-75 nəfərlik auditoriyaları vardır. Universitetdə zəngin kitabxana, ixtisas laboratoriyaları, iclas zalı, yeməkxana, nəşriyyat, şən və hazırcavablar klubu, bədii özfəaliyyət dərnəyi, xor kollektivi və s. fəaliyyət göstərir.Universitetin məzunları Respublika Təhsil Nazirliyi tərəfindən verilmiş dövlət nümunəli diplomlar əsasında ümumtəhsil məktəblərində, ali təhsil ocaqları və məktəbəqər tərbiyə müəssisələrində çalışırlar. Bakı Qızlar Universitetinin rektoru pedaqoji elmlər doktoru, professor Ağarəhim Nüsrət oğlu Rəhimovdur.

Bakı Qızlar Universitetində ixtisaslar

Bakalavr təhsili üzrə

  • Xarici dil (ingilis) müəllimliyi;
  • Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
  • Tarix müəllimliyi;
  • Təhsildə sosial-psixoloji xidmət;
  • Psixologiya;
  • Coğrafiya müəllimliyi;
  • İbtidai sinif müəllimliyi;
  • Məktəbəqədər təlim və tərbiyə;
  • Riyaziyyat və İnformatika müəllimliyi

Magistratura təhsili üzrə

  • İbtidai sinif müəllimliyi – İbtidai sinifdə tədrisin metodika və metodologiyası;
  • Pedaqogika – Pedaqogika nəzəriyyəsi və tarixi;
  • Filologiya – Azərbaycan ədəbiyyatı; Azərbaycan dili;
  • Tarix – Azərbaycanın yeni və ən yeni tarixi