Bakı Sosial Pedaqoji Kolleci xəritədə

Bakı Sosial Pedaqoji Kolleci

Bakı, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 25 AZ1000 *** 3 səs

Bakı Sosial Pedaqoji Kolleci haqqında

Bakı Sosial Pedaqoji Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.Əvvəlki adı Bakı Məktəbəqədər Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.Hazırda Kollesdə 7 ixtisas üzrə “Məktəbəqədər təlim və tərbiyə”, “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”, “İbtidai təhsil”, “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “Musiqi müəllimliyi” ixtisasları üzrə mütəxəssis hazırlanır.

İxtisaslar

  • Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Təsviri incəsənət müəllimliyi;
  • Ailə və ev təhsili;
  • Məktəbəqədər təhsildə korreksiyaedici təlim;
  • Məktəbəqədər təlim və tərbiyə.

Bakı Sosial Pedaqoji Kollecinin fəaliyyəti

Təhsil ocağının bütün fəaliyyəti dövründə ixtisaslı müəllim kadrları ilə təmin olunması diqqət mərkəzində olmuşdur. Təşkil olunduğu 1936-cı ildə burada 17 müəllim işləyirdisə, hazırda 164 müəllim fəaliyyət göstərir. Onların sırasında 1 nəfər “Əməkdar müəllim”, 3 nəfər elmlər namizədi,1 nəfər “Qabaqcıl təhsil işçisi”, 5 nəfər baş müəllim, 1 nəfər metodistdir. 3 nəfər müəllim elmi işlə məşğuldur.Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun fəaliyyətə başladığı ilk dərs ilndə 300 nəfərə qədər tələbəsi olmuşdursa, hazırda burada 1040 tələbə təhsil alır.

Əgər 1936-1937 tədris ilində texnikumda 4 fənn komissiyası, 4 fənn kabineti olmuşdursa, hazırda 11 fənn komissiyası və 16 fənn kabineti mövcuddur.Bakı Sosial Pedaqoji Kollecinin qazandığı nailiyyətlər və inkişaf dövlətin elmə, təhsilə böyük qayğısı ilə yanaşı, həm də texnikumun yarandığı illərdən indiyədək ona rəhbərlik edənlərin əməyi ilə bağlı olmuşdur.