H.Əliyev adına Bakı Neft Emalı Zavodu xəritədə

H.Əliyev adına Bakı Neft Emalı Zavodu

Bakı, Nizami rayonu, Oqtay Vəliyеv küçəsi, 1 AZ1031 *** 1 səs

H.Əliyev adına Bakı Neft Emalı Zavodu haqqında

Heydər Əliyev adına BNEZ-də xam neftin emalı yanacaqların üstün istehsal sxemi ilə aparılır.Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il - 1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir.

Bakı Neft Emalı Zavodunun fəaliyyəti

Zavodun əsas texnoloji qurğusu 1976-cı ildə istismara buraxılmış ED-AV-6 elektrik duzsuzlaşdırma və mazutun vakuum distillə edilməsi blokları ilə birlikdə neftin ilkin emalı qurğusudur. Neft məhsullarının keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə «Merikem» (ABŞ) şirkətinin lisenziyası ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə lahiyə həyata keçirilmişdir.1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir.2010-cu ildə zavodda benzinlərdən A-95 - 43 min ton, A-92 - 1185,7 min ton və A-80 - 19,7 min ton, kerosinlər - 600,4 min ton, dizel yanacağı - 2420,3 min ton, maye qaz - 214,0 min ton, koks - 267,5 min ton və soba mazutu - 220,6 min ton istehsal olunmuşdur.