Baku Paintball Center xəritədə

Baku Paintball Center

Bakı, Nizami rayonu, Davud Aslan küçəsi AZ1000 *** 8 səs

Baku Paintball Center haqqında

Paintball oyunu gənclərin sevimli əyləncəsinə çevrilməklə Bakımızda populyarliq qazanan yeni istirahət növlərindəndir. Klubumuz bir çox üstünlükləri ilə daim müştərilərinə yüksək servis xidməti göstərir. Şəhərin mərkəzində yerləşməsi, meşəlik ərazisində olması, yeni və müasir markerlərdən (silahlardan) istifadə olunması, maraqlı gizlənəcəklərin quruluşu, avtomobiliniz üçün parkın olması, şəhərdaxili nəqliyyatla vaxt itirmədən gəlməyiniz Sizlərin rahat istirahəti və əyləncəsi üçün nəzərə alınmış arqumentlərdir. Paintball oyunu rəngli güllələr atan, pnevmatik markerlərlə döyüş səhnəsi yaradan bir komanda oyunudur. Başınızdakı dəbilqə, əyninizdəki əsgər geyimi, sinənizə bağlanmış güllə əleyhinə gödəkçə özünüzü əsl döyüşcü kimi hiss edəcəksiniz. Bu əsl stres atma oyunudur. Qiymətlər isə çox münasibdir. Sizləri "Baku Paintball Center" dəvət edirik.