Bakı Cihazqayırma Zavodu xəritədə

Bakı Cihazqayırma Zavodu

Bakı, Zabrat-1 qəsəbəsi, Sabunçu rayonu, Oktyabr küçəsi, 106 AZ1000 *** 2 səs

Bakı Cihazqayırma Zavodu haqqında

Bakı Alət zavodu 1941-ci ildə Azərneft kombinatının hAzNeftMaş" trestinin tərkibində yaradılmış və 1942-ci ildən fəaliyyətə başlamışdır. 06.10.1993-cü il tarixdən Bakı Cihazqayırma Zavodu adı altında “Geofizcihaz" İB-nin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur.2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.Hal-hazırda müəssisə neft-qaz quyularının qazılması zamanı qazma və gil məhlullarının fiziki parametrlərini tədqiq edən, texnoloji prosesləri tənzimləyən və nəzarət edən cihazların istehsalı üzrə ixtisaslaşır.Bakı Alət zavodunun məhsulları -Xüsusi təyinatlı məhsullar (proqram üzrə) və mülki təyinatlı məhsullardır.

Mülki təyinatlı məhsullar

  • LBR-1, LQR-3 laboratoriya cihazları;
  • VSN-3, VBR-1 viskozimetrləri;
  • Qazma məhlullarında bərk fazların, neftin, suyun faizlə miqdarını operativ müəyyənləşdirən TFN-1 cihazı;
  • Neft quyularında dərinlik nasoslarının işinə operativ nəzarət edən İKQN-1 cihazı;
  • Neft və qaz quyularında qazma zamanı tətbiq olunan gil məhlullarının 0,1 MPa təzyiq altında suvermə qabiliyyətini və eyni zamanda filtiratın üzərində əmələ gələn gil çöküntüsünün qalınlığını müəyyən edən VM-6 cihazı;
  • Neft və qaz quyularında qazma zamanı tətbiq olunan gil məhlulunun laylarının yerdəyişməsinin statik gərginliyini müəyyən edən SNS-2 cihazı;
  • Qazma məhlullarının tərkibində olan qaz fazasının faizlə miqdarına operativ nəzarət edən PQR-1 cihazı;
  • ABR-1 areometri;
  • Boşaldıcı klapan;
  • Dörd klapanlı kran;
  • İki klapanlı kran.

Bakı Cihazqayırma Zavodunun texnoloji imkanları

  • qara və əlvan metalların, rezin və plastik kütlədən olan məmulatların mexaniki, termiki, elektrokimyəvi və elektrofiziki emalı;
  • yığma, rəngləmə və qablaşdırma;
  • neft, kimya, elektrotexnika, energetika və maşınqayırma sənayeləri üçün müxtəlif cihazlar və xüsusi təyinatlı məhsulların istehsalı.