Bakı Ali Neft Məktəbi xəritədə

Bakı Ali Neft Məktəbi

Bakı, Xətai rayonu, Xocalı prospekti, 30 AZ1025 *** 1 səs

Bakı Ali Neft Məktəbi haqqında

Azərbaycan ali təhsil orqanlari sırasına yeni daxil edilmiş Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılmışdır.

Bakı Ali Neft Məktəbinin yaradılması

2012-ci ilin yanvar ayında Böyük Britaniyanın Edinburq şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov və Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman tərəfindən Bakı Ali Neft Məktəbi ilə mütəxəssis hazırlığında əməkdaşlıq haqqında "Anlaşma Memorandumu" imzalanmışdır.2012-ci ilin fevral ayının 29-da Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə nazirliyində Dövlət qeydiyyatından keçmişdir.

Bakı Ali Neft Məktəbi Bakı şəhərinin "Ağ şəhər" adlanan hissəsində yerləşir.Tikintisi başa çatmaq üzrə olan və Bibiheybət ərazisində yerləşən yeni şəhərcik tədris prosesini yüksək elmi-tədqiqat işləri ilə vəhdətdə həyata keçirməklə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün platforma olacaqdır. Şəhərciyin tikintisinin yaxın vaxtlarda tamamlanması planlaşdırılmışdır.

Heriot-Vatt Universiteti ilə tərəfdaşlıq

Bakı Ali Neft Məktəbinə tələbə qəbulu üç ixtisas üzrə həyata keçirilir:

  • Neft-qaz mühəndisliyi;
  • Kimya mühəndisliyi;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi.

Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil Heriot-Vatt Universitetinin tədris proqramları və bu universitetin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Bu iki ixtisas üzrə BANM-i bitirmiş tələbələr Bakı Ali Neft Məktəbinin və Heriot-Vatt Universitetinin diplomlarını əldə edəcəklər.Bakı Ali Neft Məktəbinin tələbələri nəzəri bilikləri mənimsəməklə yanaşı ARDNŞ-nin müəssisə və təşkilatlarında peşə təlimi və istehsalat təcrübəsi də keçirlər. Bu məqsədlə BANM-in tədris infrastrukturu ən müasir təlim avadanlıqları ilə təchiz olunmuşdur.Hazırda BANM-in bakalavr səviyyəsində təhsil alan tələbələri Heriot-Vatt Universitetinin tədris proqramlarına uyğun təlim keçirlər. Birinci kurs tələbələri üçün "İngilis dili" və "Kompüter və İnformasiya Kommunikasiya Texnologiyaları" fənləri intensiv şəkildə və yüksək səviyyədə tədris olunur.

İnformasiya texnologiyalarının tətbiqi

Yeni tələbələr IT vasitəsilə qeydiyyatdan keçərək istifadəçi adı və şifrə əldə edirlər. Bu unikal giriş Heriot Vatt E-məktub və VTM (Virtual Tədris Mühiti) sisteminə daxil olmaq imkanı yaradır.Virtual Tədris Mühiti Virtual Tələbə Məlumat Təşkilatı Şəbəkəsi - VİSİON proqram təminatı adı altında tanınır və Heriot-Vatt Universitetinin saytından götürülür. Tələbələr özlərinin istifadəçi adı və şifrələri ilə bu sistemə daxil ola bilurlər.Tələbələr həmçinin Wireless internet ilə də təmin olunurlar.