İlyas Əfəndiyev adına Elitar Gimnaziya xəritədə

İlyas Əfəndiyev adına Elitar Gimnaziya

Bakı, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 121 AZ1010 *** 4 səs

İlyas Əfəndiyev adına Elitar Gimnaziya haqqında

İlyas Əfəndiyev adına Elitar Gimnaziya Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə Nəsimi rayonu 41 nömrəli orta məktəbin bazasında 2002-ci ildən fəaliyyət gostərir.Gimnaziyada təhsil iki dildə - Azərbaycan və rus dillərində aparılır.Gimnaziyada təhsil 5 günlük iç həftəsində bir növbədə həyata keçirilir. Həftənin şənbə günündə Gimnaziyada sinifdən xaric və məktəbdənkənar tədbirlər həyata keçirilir.2009-cu ildə prezidentin ehtiyyat fondundan ayrılan vəsait hesabına Gimnaziyada əsaslı təmir-bərpa işləri aparılmışdır. Təmirdən sonra açılışda – 15 sentyabr təhsil bayramı günündə gimnaziyaya Respulbika prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva gəlmişdir.Gimnaziyaya şagird qəbulu Gimnaziyanın nizamnaməsinə müvafiq olaraq müsabiqə yolu əsasında aparılır.

Dərsdənkənar fəaliyyət

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın şagirdləri dərsdənkənar vaxtlarda gimnaziyada təşkil olunmuş basketbol, rəqs qruplarında, dərnəklərdə bə bilik yarışmalarında həvəslə iştirak edirlər. Tez-tez müxtəlif mövzularda disput və debatlar keçirilir. Noyabr, dekabr və yanvar aylarıda, V-X sinif şagirdləri ilə “Sən dostluğu necə başa düşürsən?”, “Kimdən nümunə göturə bilərəm?”, “Mənim təhsilə münasibətim”, “Əgər adın insandır, adını öz adınla sübut et”, “Qizlar sabahın ismətli analarıdır” mövzularında disput və debatlar keçirilib. Şagirdlərin əl işlərindən sərgilər təşkil olunur.Xüsusi istedada malik olan şagirdlərlə görüş keçirilir. “İdmançılarımız fəxrimizdir” mövzusunda dəyirmi masalar təşkil olunur. Yazıçı və şairlərlə görüşlər keçirilir.

Hər ilin aprel ayında V-IX siniflər arasında bilik yarışları keçirilir. Qalib gələn komandalara “fəxri Fərman” və müxtəlif hədiyyələr verilir. Gimnaziyanın daxilində müxtəlif müsabiqələr keçirilir, o cümlədən “İlin ən yaxşı şagirdi”, “İlin ən yaxşı sinfi”, “İlin ən yaxşı sinif otağı” və s.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb və həmin plan əsasında siniflər və məktəblər arasında voleybol, futbol, basketbol, şahmat, tennis və digər yarışlar keçirməyi nəzərdə tutmuşuq.
Gimnaziyada şagirdlərin təlim-tərbiyyə prosesində daha yüksək nəticələr əldə etmək məqsədilə “Valideyn-Müəllim Assosiasiyası” yaradılmışdır. Bununla əlaqədar valideynlər tez-tez gimnaziyada olur, müəllimlərin dərslərini dinləyirləe, kollektiv surətdə tamaşalara baxırlar, təlimdə geri qalan, çətin tərbiyyə olunan uşaqların valideynləri ilə geniş söhbətlər aparılır.