Bakı Rabitə və Nəqliyyat Kolleci xəritədə

Bakı Rabitə və Nəqliyyat Kolleci

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 433 AZ1012 *** 2 səs

Bakı Rabitə və Nəqliyyat Kolleci haqqında

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.
26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır.Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır.

Kollec müstəqillik illərində

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.Azərbaycan Respublikası Nazirlər Nabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır.

Bakı Dəmiryolu Texnikumunun tarixi

Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır.1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.Azərbaycan müstəqillik əldə etdiyi dövürdən 2000-ci ilədək texnikum Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə tabe olmuşdur.2000-ci ildən etibarən texnikum məlum fərmanla Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.

İxtisaslar

  • Mühasibat uçotu;
  • Gömrük işi;
  • Vaqon və refrijerator təsərrüfatı;
  • Nəqliyyatda daşımaların təşkili;
  • Yol hərəkətinin təşkili;
  • Poçt rabitəsi;
  • Radiorabitə. radio verilişləri və televiziya;
  • Çoxkanallı telekommunikasiya sistemləri;
  • Rabitə qovşaqları və kommunikasiya sistemləri;
  • Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri;
  • Kompyuter sistemləri və kompleksləri.