Nərimanov Rayon Məhkəməsi xəritədə

Nərimanov Rayon Məhkəməsi

Bakı, Ağa Nemətulla küçəsi, Nərimanov rayonu, 43 AZ1033 *** 2 səs

Nərimanov Rayon Məhkəməsi haqqında

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Nərimanov rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Nərimanov Rayonu haqqında qısa məlumat

Nərimanov rayonu Bakı şəhərinin 11 rayonundan biridir. Rayon Bakı şəhərində yerləşir və Bakı-Abşeron iqtisadi zonasına daxildir. Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır. Nərimanov rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.

Nərimanov rayonu ərazisində 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 4 istirahət parkı, 1 mədəniyyət sarayı, 1 kinoteatr, 5 kitabxana (kitab fondu - 348183) fəaliyyət göstərir. Bütün bunlardan əlavə, Bakı Heyvanat Parkı, Milli Olimpiya Komitəsi, T.Bəhramov adına Respublika Stadionu da fəliyyət göstərir.Nərimanov rayonunun ərazisi 24.5 km², əhalisi isə 170 min nəfərdir (01 yanvar 2011). Rayon Bakının Nizami, Xətai, Binəqədi, Nəsimi və Sabunçu rayonları ilə həmsərhəddir. Ermənilərin işğalçılıq siyasəti nəticəsində Nərimanov rayonunda 18.000 nəfər məcburi koçkün və qaçqın məskunlaşmışdır.