Bakı Şəhər Baş Polis idarəsi xəritədə

Bakı Şəhər Baş Polis idarəsi

Bakı, Xətai rayonu, Yusif Səfərov küçəsi, 45 AZ1025 *** 2 səs

Bakı Şəhər Baş Polis idarəsi haqqında

Bakı şəhər Baş Polis İdarəsi qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün Baş idarənin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir.

  • Katiblik (idarə səlahiyyətli)
  • Təşkilati-İnspektor İdarəsi
  • Növbətçi hissələri idarəetmə xidməti (şöbə səlahiyyətli)
  • Daxili Təhqiqatlar şöbəsi
  • Cinayət-Axtarış İdarəsi
  • İstintaq və Təhqiqat İdarəsi
  • Narkotiklərlə Mübarizə İdarəsi
  • Kriminalistik Tədqiqatlar şöbəsi
  • Əməliyyat və Statistik İnformasiya İdarəsi
  • İctimai Təhlükəsizlik İdarəsi
  • Dövlət Yol Polis İdarəsi
  • Qeydiyyat və şəxsiyyət vəsiqəsi İdarəsi
  • Kadrlar İdarəsi
  • Şəxsi Heyətlə İş üzrə qrupu
  • Maliyyə-Plan şöbəsi
  • Təchizat şöbəsi
  • Komendant tağımı
  • Polis qəzeti
  • Bakı Metropolitenində polis şöbəsi
  • Yetkinlik yaşına çatmayanların Müvəqqəti Təcridetmə Məntəqəsi
  • Əlahiddə konvoy Manqası

Bakı şəhər Baş Polis İdarəsinin tarixi

Ulu öndər Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. 1994-cü ilin aprel ayının 29-da cənab Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi, az sonra “ Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Prezident Fərmanının imzalanması ilə qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.

Ümummilli lider Heydər Əliyev cənablarının 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi günü elan edilmişdir. Bununla əlaqədar polis əməkdaşları hər il 2 iyulu peşə bayramı kimi qeyd edirlər. Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan Bakı polisi bu gün müasir tələblərə cavab verən inzibati bina, texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşları mütəmadi olaraq artırılır, sosial vəziyyəti yaxşılaşır.

Azərbaycan Respublikasının Prezidenti bu barədə demişdir: «Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir».Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan Bakı şəhər Baş Polis İdarəsi bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm də mənəvi tələbat baxımından müasir standartlara cavab verəcək səviyyəyə yüksəlir.