“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli Sərəncamına əsasən Bakı şəhəri təhsil şöbələri ləğv edildi. Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti 28 iyul 2006-ci il tarixində qərar qəbul edib. Qərara əsasən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.İdarənin strukturuna müvafiq olaraq müdirin 3 müavini var. Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləridir. Hazırda İdarədə 10 sektor fəaliyyət göstərir. BŞTİ - nin tabeçiliyində 325 ümumtəhsil məktəbi və 48 məktəbdənkənar müəssisə var.