Bakı Yağ Fabriki xəritədə

Bakı Yağ Fabriki

Bakı, Binəqədi rayonu, Köndələn küçəsi, 5 AZ1029 *** 2 səs

Bakı Yağ Fabriki haqqında

«Bakı Yağ Fabriki»nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. Bakı Yağ Fabrikində yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır. Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir. Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.

Bakı Yağ Istehsalı Fabriki

  • Əsas fəlsəfəsi müştəri məmnuniyyəti olan «Bakı Yağ Fabriki» ; təbiətin əl dəyməmiş ləzzətini, təhlükəsiz və diqqətlə emal işləyərək bu diqqəti istehsalın ilk mərhələsindən başlayıb müştərisinə qovuşduruncaya qədər davam etdirməkdədir;
  • İstehsala başladığı ilk gündən etibarən istehlakçısının etimadını qazanmağa layiq olan «Bakı Yağ Fabriki» istehsalçı mövqeyində olmanın verdiyi məsuliyyəti, istehlakçınsa çatdırdığı bütün məhsulların, təhlükəsiz, ləziz, xüsusi olması ilə təsdiqlənir;
  • Daxili və xarici bazar istəklərini qarşılamaq üzrə yemək yağ istehsal etmək, idxal etmək;
  • Məhsuldarlıq əsasına söykənən müəssisə siyasəti ilə sərmayə ehtiyatına kömək edərək sərmayə qaynağı yaradır;
  • İnsan sağlamlığına uyğun xammal almaq, sağlamlığa uyğun şəraitdə çay istehsal etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Ətraf mühitə qarşı həssas olmaq;
  • İnsanlar ucun təhlükəsiz iş şəraiti yaratmaq, insanların fikirlərinə hörmət etmək və onların fikirlərini dəyərləndirmək;
  • Dövlət qanun-qaydalarında qarşıya qoyulan tələbləri və idarə etmə sistemlərinin şərtlərin yerinə yetirərək sistemlərin təsirini daima yaxşılaşdırmaq.