Bakı Su İdmanı Mərkəzi xəritədə

Bakı Su İdmanı Mərkəzi

Bakı, Bayıl qəsəbəsi, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, 15 AZ1000 *** 15 səs

Bakı Su İdmanı Mərkəzi haqqında

Bakı Su İdmanı Mərkəzinin Azərbaycan üçün simvolik idman arenasıdır. Bu kompleks oyunlar zamanı su idmanı növlərinin üç növü - üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edəcəkdir. 

Aquatic Palace

Ümumi sahəsi 2500 m2 olan fitnes mərkəzi müxtəlif döyüş və aerobika idman növləri üçün nəzərdə tutulur. Mərkəzdə 8 zal mövcuddur. Bundan əlavə 1500 m2 rəqs, yoqa, zumba və sayklinq qrupları üçün ayrılmışdır. Aquatic Palace-da hovuzun dərinliyini tənzimləyə bilən texnologiya mövcuddur. Yarışlar üçün nəzərdə tutulan olimpiya hovuzunun uzunluğu 50, eni isə 25 metrdir.Digər hovuz isə üzgüçülüyü öyrənmək istəyən həvəskarlar üçündür. Suya tullanma üçün hovuzun uzunluğu 25 eni isə 20 metrdir.Aquatic Palace idman və klassik yemək menyularını təklif edir. Mərkəzdə gözəllik salonları və SPA, terapiya və massaj kabinələri vardır. Xidmət növlərinə konfrans zallar, uşaq bağçası daxildir. Aquatic Palace-ın ətrafında 500 avtomobilin dayanacağı üçün nəzərdə tutulmuş parkinq mövcuddur.