Bakpet Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 01.01.2001 tarixindən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycan bazarında özünəməxsus yer tutmuş və gündən –günə bu fəaliyyəti daha da inkişaf etdirmişdir. Müəssisənin əsas fəaliyyət sahəsini Pet Preformların istehsalı və satışı təşkil edir. Bakpet MMC Azərbaycanda bu profildə fəaliyyət göstərən yeganə böyük şirkətdir.
Müəssisə fəaliyyətə başlayana qədər ölkəmizdə su, şirə, yağ istehsalı ilə məşğul olan şirkətlər həmin preformları xaricdən idxal etməli olurdular. Lakin müəssisəmiz fəaliyyətə başladığı gündən öz məhsullarını yerli və xarici şirə, su, yağ istehsalı ilə məşğul olan firmalara təklif etmiş, həmin şirkətlər də bu məhsulları sınaqdan çıxararaq müsbət rəy bildirmişlər. Və bu uğurların nəticəsi olaraq məhsullarımızın alınması üzrə yerli və xarici şirkətlərlə bağladığımız müqavilələrin sayı gündən-günə artmaqdadır. Bizim üçün böyük fəxrdir ki, bu günədək fəaliyyətimiz dövründə müştəri firmalardan bizə narazılıq və şikayətlər daxil olmayıb.
Artıq müştərilərimiz də tam əmindirlər ki, Bakpet MMC öz fəaliyyətinə böyük məsuliyyətlə yanaşdığına görə keyfiyyətli məhsullar istehsal edir və yaxşı servis göstərir. Buna görə də bazarın daimi iştirakçısı olaraq alıcı şirkətlərə öz xidmətini gösdərməkdə davam edəcəkdir. Müəssisədə istehsal prosesinin spesifikliyi və yüksək məhsuldarlığı, son texnologiyalara əsaslanan istehsal avadanlıqlarından isdifadə edilməsi nəticəsində istehsal prosesi tam avtomatlaşdırılmışdır. İstehsal prosesini həyata keçirən personalımız İtaliyada xüsusi hazırlıq kursları keçmiş və Beynəlxalq standartlara uyğun sertifikatlarla təltif olunmuşlar. Avadanlıqların montajından və işə salınmasından sonra əlavə kurslar təşkil olunmuş, İtaliyadan dəvət olunmuş mütəxəssislər müəssisənin personalına avadanlıqlarla işləməyi və onlara texniki xidmət qaydalarını öyrətmişlər.
Müəssisənin satış və marketinq şöbələri müştərilərə yüksək keyfiyyətli və operativ xidmət göstərir. Müəssisədə eyni zamanda keyfiyyətə nəzarət üzrə ən müasir ölçü və nəzarət cihazları ilə təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Müəssisə tam olaraq Avropa standartlarına uyğun fəaliyyət göstərir.Müəssisəmizdə olan sex, anbarlar, laboratoriya və bütün tikililər Avropa standartlarına uyğun olaraq tikilmişdir. Eyni zamanda xammal və köməkçi materiallar xarici ölkələrdən: İtaliya, Türkiyə, Cənubi Koreya, Pakistan, Hindistan, İndoneziya kimi ölkələrdən gətirilərək İtaliyanın SİPA firmasının maşınlarında istehsal olunur.
Pet preformların istehsalı üçün xam malı müəssisə xaricdən, əsasən Cənubi Koreyanın Tongkook Corporation ,(TEXPET )SK Net-Works Corporation , (SKY PET)KP Chemical Corporation (PAPET) firmalarından və həmçinin Türkiyə, Pakistan, Hindistan, İndoneziya kimi ölkələrdən idxal edir.Xam malımız Avropa standartlarına tam uyğundur.Bu gün müəssisə müştərilərinə 3 növ preform təklif edir:
Bu preformlar təyinatına görə qazlı və qazsız suların, limonadın, Coca-Cola və bitki yağlarının qablaşdırılmasında istifadə olunan butulkaların istehsalı üçün nəzərdə tutulur. Tutumuna görə preformlar 0.5 L, 1 L, 1.5 L, 2.0 L ölçülərdə istehsal olunur. Firma həmçinin şişirtmə avadanlığına malik olmayan müəssisələrin sifarişini yerinə yetirmək üçün bu preformlardan butulka istehsalını da həyata keçirir.
Müəssisədə keyfiyyətə və rəqabətə davamlı məhsul istehsalına nail olmaq üçün İtaliyanın aparıcı şirkəti olan “Sipa”nın istehsal texnologiyası quraşdırılmışdır. Hazırda müəssisədə 5 istehsal xətti fəaliyyətdədir. Onlardan 4-ü preform istehsalı, 1-i isə hazır butulka istehsalını yerinə yetirən avadanlıqlardır. Quraşdırılmış avadanlıqlar və texnoloji xəttlər bu sahədə elmi-texnoloji nailiyyətlərin ən son nümunələrindən olmaqla yanaşı həm də keyfiyyət, təhlükəsizlik və ekoloji standartlara tam cavab verir. Bir tərəfdən isdifadə olunan xam malın keyfiyyəti, digər tərəfdən isə istehsal avadanlıqlarının yüksək məhsuldarlığı və keyfiyyət parametrləri istehsal olunan məhsulların rəqabət qabiliyyətini təmin edir. Məhz bu üstünlüklər çox qısa müddət ərzində müəssisənin məhsullarının alıcı şirkətlərin rəğbətini qazanmasına səbəb olmuşdur.