Bakı Fəhləsi Maşınqayırma Zavodu xəritədə

Bakı Fəhləsi Maşınqayırma Zavodu

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi, 10 AZ1034 *** 2 səs

Bakı Fəhləsi Maşınqayırma Zavodu haqqında

"Bakı Fəhləsi" maşınqayırma zavodu neft-mədən avadanlıqlarının və eləcə də xalq istehlakı mallarının istehsalı üzrə ixtisaslaşmış iri müəssisədir. "Bakı Fəhləsi" maşınqayırma zavodu "Azneftkimyamaş" Dövlət Konserninə daxildir. O, 1900-cü ildə Bakı şəhərinin Balaxanı-Sabunçu rayonunun Sabunçu qəsəbəsinin 101-ci sahəsində əvvəlki "Benkendorf" neft firmasının kiçik emalatxanalarının bazasında yaradılmışdır. Bu emalatxanalar sürətlə inkişaf edən Bakı neft sənayesinin tələbatlarını ödəməyə çalışırdılar ki, bu da Respublikanın iqtisadiyyətına təsir etmirdi, çünki yeni avadanlıqlar hələ də xaricdən gətilirdi. Bakı şəhəri XI Qırmızı Ordu tərəfindən tutulduqdan və Sovet Hökuməti qurulduqdan sonra «Benkendorf» şirkətinin mexaniki emalatxaları şəxsi mülkiyyət kimi milliləşdirildi və «Azneftkom»-a daxil edildi. 1928-ci ilin may ayında mexaniki emalatxanalar yeni ad qazandı – «Bakı Fəhləsi» mexaniki emalatxanaları, 1929-cu ildə isə zavoda çevrilərək «Bakı Fəhləsi» Maşınqayırma Zavodu kimi adlandırılmağa başladı.