Bakı Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.
Məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanı ilə 2000-ci ilin sentyabr ayından fəaliyyət göstərən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi təşkil edildi.Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş ərazi yurisdiksiyasına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:
1. Bakı şəhəri Binəqədi rayonu
2. Bakı şəhəri Xətai rayonu
3. Bakı şəhəri Xəzər rayonu
4. Bakı şəhəri Qaradağ rayonu
5. Bakı şəhəri Nərimanov rayonu
6. Bakı şəhəri Nəsimi rayonu
7. Bakı şəhəri Nizami rayonu
8. Bakı şəhəri Sabunçu rayonu
9. Bakı şəhəri Səbail rayonu
10. Bakı şəhəri Suraxanı rayonu
11. Bakı şəhəri Yasamal rayonu
12. Abşeron rayonu
13. Xaçmaz rayonu
14. Xızı rayonu
15. Qobustan rayonu
16. Quba rayonu
17. Qubadlı rayonu
18. Qusar rayonu
19. Siyəzən rayonu
20. Sumqayıt şəhəri
21. Şabran rayonu
22. Şamaxı rayonu
23. Şuşa rayonu
24. Zəngilan rayonu