Baby Smile Uşaq bağcası xəritədə

Baby Smile Uşaq bağcası

Bakı, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 22A AZ1000 *** 6 səs

Baby Smile Uşaq bağcası haqqında

BabySmile bağçası olaraq biz uşaqların fiziki və psixoloji , həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq edərək, sağlam və intellektual gənc nəsil yetişirmək üçün çalışırıq.Özlərinin şirin və nağıl dolu dünyaları ilə həyatımızın bəzəyinə çevrilən balaca balalar İlahinin bizə bəxş etdiyi sevinc payıdır.Onların intellektual, vətənpərvər, xüsusi qayğı və nəvaziş altında böyüməsi çox vacibdir.Müasir tələblərə və standartlara cavab verən bağçamızda bütün bu imkanlar sizin körpələriniz üçün yaradılır.Körpələrin rahatlığı üçün bütün şərait yaradılan bağçamızda uaqlarınızın təlim tərbiyəsi üçün bütün imkanlar vardır . 

  • Kiçik yaş qrupu – 2 yaşdan 3 yaşadək olan uşaqlar
  • Orta yaş qrupu- 3 yaşdan 4 yaşadək olan uşaqlar
  • Məktəbəqədər hazırlıq – 4 yaşdan 6 yaşa qədər olan uşaqlar

Baby Smile uşaq bağçası və məktəbəqədər təhsil müəssisəsi

Bağçamızda geyinib-soyunma otağı, məşğələ zalı, bütün vacib gigiyenik tələblərə cavab verən yeməkxana, yataq otağı, idman zalı, həkim otağı mövcuddur.Gün ərzində sizin uşaqlarınız əyalətlərdən gətirilən təbii məhsullarla qidalanır .Bizim məkanımız sizin körpələrinizin üzündə təbəssüm yaradacaqdır.Onlar burada özlərini rahat və xöşbəxt hiss edəcəklər.Bağçamızda 2-3 yaşdan tutmuş 6 yaşadək Azərbaycan və Rus bölmələri üzrə uyğun qruplarda yerləşdirilən balacalara müasir təlim metodları əsasında treyninglər keçirilir.Tədris qrupları aşağıdakı şəkildə formalaşdırılır.

  • Ana dili
  • Məntiqi təfəkkür
  • Riyaziyyat
  • Rəsm
  • Aplikasiya dərsləri
  • İdman
  • Yoqa
  • Şahmat məşğələləri
  • Bağçamızda həmçinin məktəbəqədər hazırlıq kursları da təşkil olunur.

Qeyd edək ki, bağçamız Təhsil Nazirliyinin Lisenziyası əsasında fəaliyyət göstərir.Həmçinin bağçamızda körpələr öz asudə vaxtlarını daha əyləncəli və faydalı keçirəcəklər.