Azza Şirniyyat Neftçilər m. xəritədə

Azza Şirniyyat Neftçilər m.

Bakı, Nizami rayonu, Kamil Balakişiyev küçəsi AZ1000 *** 3 səs

Azza Şirniyyat Neftçilər m. haqqında

AZZA haqqında AZZA şirniyyat evinin əsası 2008-ci ildə qoyulmuşdur. Bu müddət ərzində sürətlə inkişaf edən AZZA indi 26 fərqli məkanda yerləşən mağazaları ilə Sizin xidmətinizdədir. Mağazalarımızın yerləşdiyi əraziləri biz “Şirin Zona” adlandırırıq, hədəfimiz Bakını tamamilə “Şirin Zona”ya çevirməkdir. Müştərilərimiz bizim fəaliyyətimizin və inkişafımızın əsas səbəbidir. Onların həm xidmətimizdən, həm də məhsullarımızdan məmnunluğu bizdə işimizin faydalılığına əminliyi günü-gündən artırır, xidmət və məhsullarımızın çeşid və keyfiyyətini daha da yüksəltməyə sövq edir bu gün AZZA Azərbaycanda ən böyük şirniyyat mağazaları şəbəkəsidir. Bu son hədd deyil, biz inkişaf edirik və qarşımıza böyük məqsədlər qoymuşuq.

AZZA şirkətinin fəaliyyəti

AZZA şirkətinin əsas prinsipi təbii inqrediyentlərdən istifadə etmək olaraq qalır. Nəfis dizayn və gözəllik süni komponentlər hesabına deyil, yeni meyvə və giləmeyvələr əlavə etməklə əldə olunur. Əla dadlı və yüksək keyfiyyətli məhsul və yüksək xidmət bu bizim fərqimiz və markamızdır! Biz haqlı olaraq məhsulumuzun keyfiyyəti ilə fəxr edirik!Şirniyyat məmulatlarının çeşidi genişlənir və yenilənir, bu gün 100-dən artıq adda məhsulumuz vardır: klassik tortlar və pirojnalar, desertlər, şərq şirniyyatları, milli bişmişlər, həmçinin çörək-bulka məmulatları. AZZA şirkəti Sizə təbii məhsullardan valehedici içlikli eksklyuziv tortların ən geniş seçimini təklif edir. Bi-zim mağazada Siz hökmən xoşunuza gələcək şahanə şirniyyat tapa bilərsiniz. Əgər siz həqiqətən eksklyuziv tort istəyirsinizsə, gələcək bayrama hazırlanmalı tortun tərtibatını öz ideyanız əsasındamüstəqil təklif edə bilərsiniz və bizim şirniyyat ustaları qoyulmuş məsələnin öhdəsindən uğurla gələrlər. AZZA – nın hazırladığı və tərtib etdiyi tort Sizin əlamətdar gününüzü ürəyə yatan dadlar ilə bəzəyəcəkdir.