Azure xəritədə

Azure

Bakı, Xətai rayonu, Nobel prospekti, 15 AZ1025 *** 2 səs

Azure haqqında

Azure Biznes Mərkəzinin binası öz memari görünüşü ilə irəliyə yönələn yelkənli gəmini xatırladaraq, biznes başlanğıclarında uğur və nailiyyətlərin rəmzi sayılır. Diqqətinizə təqdim etdiyimiz, rahatlıq və keyfiyyət meyarları baxımından öz mükəmməlliyi ilə səciyyələnən 30-mərtəbəli A sinifli Biznes mərkəzi professionallıqla idarə edilən super-müasir obyektin icarəçisi olacaq istənilən şirkətin yüksək status göstəricisidir. Hazırda obyektin 60% sahəsi artıq realizə olunub – bu, Bakı şəhərinin kommersiya daşınmaz əmlakı bazarındakı əsas oyunçuları arasında onun tanınmasını nümayiş etdirir. Sizə tam təmirli otaqların icarəsi, eləcə də əldə edilməsi təklif olunur. İcarə müddəti 11 aydan 7 ilə qədərdir.Potensial icarəçilər arasında həmin ofislərə olan yüksək tələbat bir sıra önəmli amillərə əsaslanır, o cümlədən: - Obyektin rahat yerləşdirilməsi, - Şəhərin mərkəzinə və dənizə açılan gözəl mənzərə, - Avropanın ən iri ailəvi əyləncə mərkəzi olan MegaFun-ın mövcudluğu. Ofislərin yerləşmə planı Azure Biznes Mərkəzinin yerləşdiyi məkan biznes əlaqələrin qurulması və işgüzar görüşlərin keçirilməsi üçün ideal yerdir.Bakının mərkəzində və eyni zamanda paytaxtın səs-küyündən aralıqda, onun Xəzərə baxan ekoloji-təmiz hissəsində yerləşən, şəhərin bütün nöqtələrinə rahat yolu olan Azure Biznes Mərkəzi aktiv iş fəaliyyəti üçün maksimal komfortlu şəraitə zəmanət verir. Ən son texniki avadanlıqla təchiz olunmuş bu mərkəzdə 200 ofis fəaliyyət göstərir.