Aztest Təcrübə-Sınaq Mərkəzi xəritədə

Aztest Təcrübə-Sınaq Mərkəzi

Bakı, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 124 AZ1000 *** 1 səs

Aztest Təcrübə-Sınaq Mərkəzi haqqında

 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 15 aprel 2009-cu ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi ilk gündən etibarən Mərkəzin qarşısında duran əsas vəzifələr üzrə, o cümlədən, xidməti işlərin həyata keçirilməsi üçün infrastrukturun inkişaf etdirilməsi, peşəkar kadr hazırlığının təmin edilməsi, eyni zamanda bütün laboratoriyaların müasir tipli avadanlıqlarla təmin edilməsi işləri sistemli və ardıcıl həyata keçirilir. Bu baxımdan, Təcrübə-Sınaq Mərkəzində (AzTEST) infrastrukturun yeniləşməsi, inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində xidmətlərin bu sahədə müasirləşməsi prosesləri uğurla davam etdirilir.

Belə ki, Bakı şəhərində Qazla işləyən məişət avadanlıqlarının sınaq laboratoriyası, Sumqayıt şəhərində Neft və neft məhsullarının sınaq laboratoriyası, Gəncə, Şəki, və Salyan ərazi sınaq və sertifikatlaşdırma şöbələrində müasir tələblərə cavab verən kalibrlənmə və sınaq laboratoriyaları tikilib istifadəyə verilmiş, Sumqayıt ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin yeni binasının, sınaq və kalibrlənmə laboratoriyalarının tikilməsi üçün layihə sənədləri hazırlanmış, Gəncə ərazi sınaq və sertifikatlaşdırma şöbəsində Tikinti materiallarının sınaq laboratoriyasının cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Təcrübə-Sınaq Mərkəzinin vəzifələri

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qarşısında duran əsas vəzifələrdən biri də mütəxəssislərin mütəmadi olaraq peşəkarlıq və səriştəlilik səviyyəsinin artırılmasıdır . Belə ki, bu məqsədlə ayrı-ayrı istiqamətlər üzrə mütəxəssislər Türkiyə, Hindistan, Belarusiya, Ukraniya, Almaniya, Çexya və digər ölkələrə təlim kurslarına göndərilmiş, müvafiq sahələr üzrə təcrübə mübadiləsində iştirakları təmin edilmiş və sertifikatlar alınmışdır. Neft və neft məhsullarının sınaq laboratoriyasının fəaliyyətini aktivləşdirmək məqsədilə Türkiyə, Rumıniya və Rusiya dövlətlərindən olan nümayəndələrin iştirakı ilə laboratoriyanın mütəxəssisləri üçün təlimlər keçirilmişdir.
Eyni zamanda, Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının nəzdində Genetik modifikasiya olunmuş orqanizmlərin sınağı (GMO) şöbəsi fəaliyyətə başlamışdır. GMO-nun sınağının praktik məşğələdə həyata keçirilməsi məqsədilə və GMO üzrə Respublikanın bir sıra müəssisə və təşkilatlarının nümayəndələrinin məlumatlandırılması məqsədilə Ukraynadan dəvət olunmuş mütəxəssislərin, eyni zamanda, "Halal" qida məhsullarının sertifikatlaşdırılması ilə əlaqədar Türkiyədən dəvət olunmuş mütəxəsisslərin iştirakı ilə təlimlər keçirilmişdir.

Mərkəzin qarşısında duran ən vacib vəzifələrdən biri də laboratoriyaların müasir tipli avadanlıqlarla təmin olunmasıdır.Belə ki, ÖV-nin kalibrlənməsi və sınaq laboratoriyalarının fəaliyyətinin müasir tələblərə uyğun inkişaf etdirilməsi məqsədilə bir sıra qabaqcıl xarici ölkələrdən, o cümlədən Amerika, Türkiyə, Danimarka, Rusiya, İngiltərə, Almaniya və.s dövlətlərdən beynəlxalq standartların tələblərinə cavab verən avadanlıqlar alınmış və istifadəyə verilmişdir.

O cümlədən, Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına qida məhsullarında şəkərin sınağı üçün maye xromotoqraf- HPLC, pessetitlərin təyin üçün- GC for MS, spirtli içkilərin sınağı üçün qaz xromotoqrafı-GC, şəkərdə saxarozanı təyin etmək üçün- Polyarimeter Polax 2L Atago, qida nümunələrini xırdalamaq üçün- Grindimix GM 300, eyni zamanda ÖV-nin kalibrlənməsi laboratoriyaları üzrə radarların (sürət ölçənlərin) yoxlanılması üçün- Pro-tect, Smart micro, elektrik avadanlıqlarının yoxlanması üçün- 8081 Precision kalbiratoru, geodorik ÖV-nin yoxlanması üçün Teodalit və Nevilir, bucaqların yoxlanılması üçün -АУПНТ, təzyiq və temperatur kalibratorları, səs-küy ölçən cihaz və.s. alınıb istifadəyə verilmişdir.

Mərkəzin ən böyük uğurlarından biri də Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının 2012-ci ilin sentyabr ayında Almaniyanın Beynəlxalq Akkreditasiya Qurumu (Almaniya, DAkkS) tərəfindən İSO 17025 standartı üzrə, eyni zamanda Təcrübə-Sınaq Mərkəzi (AzTEST) Orqan kimi 2013-cü ildə Türk Milli Akkreditasiya Qurumu (TürkAK) tərəfindən AZS İSO/İEC 17025:2009 Standartı üzrə akkreditə olunmalarıdır.