AzRosPromInvest xəritədə

AzRosPromInvest

Daşsalahlı kəndi, Qazax AZ3518 *** 0 səs

AzRosPromInvest haqqında

Azərbaycan - Rusiya birgə müəssisəsi "AzRosPromİnvest"- bentonit gili istehsalı və bu gil əsasında bentonit gili məhsulları emal etməklə məşğul olur.Qabaqcıl elmi - texniki tərəqqiyə əsaslanan və müasir istehsalat potensialına malik olan "AzRosPromİnvest" birgə müəssisəsi MDB ölkələri arasında bentonit gil bazarında liderliyi ələ alıb."AzRosPromİnvest" birgə müəssisəsinin xammal bazasını dünyada tayı - bərabəri olmayan Daş Salahlı bentonit gil mədəni təşkil edir. Bu mədəndən çıxarılan bentonit gili keyfiyyət göstəricilərinə görə Yunanıstan, Türkiyə, Hindistan və Çin mədənlərində istehsal olunan bentonit gilini geridə qoyur. Hətta etalon bentonit gili sayılan Vayominq bentonitindən geri qalmır.

"AzRosPromİnvest" birgə müəssisəsinin istehsal etdiyi bentonit gili məhsullarının yüksək keyfiyyətli olmasını onunla uzun müddət əməkdaşlıq edən Azərbaycan, Rusiya və Belarusiyanın ən böyük filizsaflaşdırma və maşınqayırma müəssisələri olan "Mixaylovski QOK" ASC, "Lebedinskiy QOK" ASC, "Qomel metal - tökmə zavodu" - "Sentrolit" Respublika Unitar Müəssisəsi, "Minsk Avtomobil Zavodu" ASC, "Minsk istilik avadanlıqları zavodu" ASC, "Altayvaqon"ASC, "Qomselmaş" Respublika Unitar Müəssisəsi və s. sübut edir.

AzRosPromİnvest məhsulları

  • Dəmir kürəcik (okatış) üçün bentonit
  • Qəliblə metal tökmə sənayesi üçün bentonit
  • Qazma işləri üçün bentonit
  • Mülki İnşaat işləri üçün bentonit
  • Heyvandarlıqda yemə qatmaq üçün bentonit
  • Kənd təsərrüfatında istifadə etmək üçün bentonit
  • Ekoloji proqramlar üçün bentonit
  • Pişik tualetində doldurucu material kimi istifadə olunan bentonit
  • Şərabçılıqda istifadə olunan bentonit