AzMDF xəritədə

AzMDF

Bakı, Abşeron rayonu, Şamaxı yolu, 15 km AZ1000 *** 2 səs

AzMDF haqqında

2006-cı ildə Azərbaycanın özəl sərmayələri hesabına təsis edilmiş AZMDF şirkəti öz ilk məhsulunu - Orta sıxlığa malik taxtalifli lövhəni (MDF) 2010-cu ilin sentyabr ayında istehsal etmişdir. Müxtəlif növ yeni və bəzəkli lövhələr istehsal edən və 10 hektar ərazini tutan bu müasir zavod paytaxt Bakı şəhərinin yaxınlığında, Abşeron rayonunda yerləşir. 500 nəfər ixtisaslı fəhlə və mütəxəssis heyətinin çalışacağı və beynəlxalq standartlara tam uyğun olan bu istehsalat xətti il ərzində 85.000 kub metr həcmində ən yüksək keyfiyyətli MDF lövhələri istehsal edir.

Zavodda istehsal olunan hamar MDF lövhələrini bilavasitə istehsalat sahəsində rəngləmək, basmanaxışla (dekorativ relyeflə) işləmək və ya kağız laylı dekorativ material (laminat) ilə üzləmək mümkündür. Fərdi sifarişə əsasən, xüsusi forma (profil) və üslubda istehsal olunan istifadəyə tam hazır MDF lövhələri.Zavodun istehsal gücü yerli tələbatı tam ödəməyə imkan verir. Təxminən 50% təşkil edən artıq məhsul isə Avropa və Şimali Amerikaya ixrac olunacaq.

MDF üzrə spesifikasiyalar

AZMDF şirkəti inşaat, mənzillərin mebel ilə təchizi və digər istehlak bazarlarında müxtəlif müştərilər üçün ən yüksək keyfiyyətli MDF məhsulları istehsal edir.Biz standart 2440 mm x 1220 mm (8 fut x 4 fut) ölçüdə və standart 8, 12, 15, 16, 18 mm qalınlıqda sadə və melaminlə üzlənmiş MDF lövhələri istehsal edirik.Bizim istehsal etdiyimiz MDF lövhələri ən yüksək keyfiyyətli kimyəvi maddələrdən istifadə etməklə davamlı taxtadan hazırlanır. Bu xammallardan kompleks istifadə nəticəsində Avropanın E1 standartlarına cavab verən və BS EN 622 standartının A kateqoriyası üzrə sertifikatlaşdırılmış minimal formaldehid tərkibli yüksək keyfiyyətə malik lövhələr hazırlanır.