Təbii daş emalı və istehsalı sektorunda artıq bir yerli marka olan AZMAR şirkəti 2005-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb. Müştəri məmnuniyyəti, insana və ətraf mühitə hörmət prinsiplərini daim öndə tutan şirkət hazırda fəaliyyət göstərdiyi sektorun qabaqcıl təşkilatlarından biridir. Təbiətin bizlərə mirası olan təbii daş modern texnologiyalarla yüksək keyfiyyətdə istehsal edildikdən sonra insanların istifadəsinə verilir. AZMAR tərəfindən istehsal olunan məhsullar müxtəlif parametrlər - həcm, rəng homogenliyi, dolğu və s. kimi məsələlər üzrə dəfələrlə nəzarətdən keçirildikdən sonra istehlakçıya təqdim olunur.
AZMAR Traverten və Mərmər ocaqlarının sahibi, həm də istehsalçısı olaraq dünyanın bir çox nöqtələrinə Azərbaycan Traverten və Azərbaycan Mərmərini ixrac etməkdədir. Naxçıvan Muxtar Respublikasının Qarabağlar Olive, Qarabağlar Traverten, Çalxanqala Bej və Yuxarı Buzqov Nero ocağı ərazilərindəki zəngin yataqlardan çıxarılan traverten və mərmər blokları emal üçün zavodlara, komplekslərə gətirilir. Komplekslərdə İtaliya istehsalı olan “Barsanti”, Türkiyə istehsalı olan “SESEMAK”,“TOKSEL”, “DEMMAK” və s. markalı avadanlıqların köməyilə “Noce Cross Cut”, “Noce Vein Cut”, “Light Cross Cut”, “Light Vein Cut”, “Classik Cross Cut” “Classik vein cut”, travertenlər və “Beige”, “Olive Maron”, “Nero” mərmər daşlarından müxtəlif ölçü və çeşidlərdə plitələr və mozaiklər istehsal edilir. Böyük və kiçik ölçülü traverten plitələrdən əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertenlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin vurulmasında istifadə olunur.
Əsas hədəfimiz – istehsal etdiyimiz məhsulların keyfiyyət standartını davamlı olaraq yüksəltməklə yanaşı, xərcləri aşağı salmaqdır. Yalnız keyfiyyətli məhsul istehsalına və yüksək səviyyəli xidmətə üstünlük verən AZMAR milli müstəvidə fəaliyyətinə davam etməkdədir. Şirkət üçün əsas prioritet xaricdən asılılığı azaldaraq yerli qaynaqları hərəkətə keçirməkdir. AZMAR-ın fəaliyyətində müştəri məmnuniyyəti ana xətt hesab olunur. Buna nail olmaq üçün dəyişən müştəri tələblərini doğru təsbit etmək, uyğun qiymət vermək, məhsulu qüsursuz və tam zamanında çatdırmaq mütləq şərtdir.AZMAR-ın vizionu keyfiyyətli məhsul təqdim etməklə həm müştərilərin, həm təchizatçıların, həm də əməkdaşların rifah halını yüksəltməkdən ibarətdir.AZMAR-ın missiyası - təbii daş istehsalı sektorunda dünya miqyaslı aparıcı şirkətlərdən biri olmaqdır. Bu missiyanı qürurla yerinə yetirmək üçün əsas məqsədimiz müştərilərin gözləntilərini doğrultmaq, onlara ən keyfiyyətli məhsulu, səviyyəli xidməti vaxtında və ən əsası Azərbaycan markası ilə təqdim etməkdir.